Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada paralel idxal üçün malların siyahısı hazırlanıb

© AP Photo / Noah BergerYük konteynerləri
Yük konteynerləri - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Sənədə elektron və məişət texnikası, sənaye avadanlıqları, geyim və ayaqqabılardan ibarət məhsul qrupları daxil edilib.
BAKI, 25 aprel - Sputnik. Rusiyanın Sənaye və Ticarət Nazirliyi paralel idxal üçün malların siyahısını tərtib edib. Bu barədə RİA Novosti RF hökuməti tərəfindən yaradılan “Obyasnyayem.RF” portalına istinadən xəbər verir.
"Bunun sayəsində 200 buraxılmış brend ölkəyə qayıdacaq", - deyə portaldakı məlumatda bildirilir.
Siyahıya avtomobillər, elektron və məişət texnikası, sənaye avadanlıqları, geyim və ayaqqabılar üçün komponentlər - ümumilikdə 50-dən çox məhsul qrupu daxildir.
Martın sonunda Rusiya hökuməti tələb olunan xarici mallara olan tələbatı ödəmək üçün paralel idxalı (hüquq sahibinin icazəsi olmadan) qanuniləşdirdi.
Sənaye və Ticarət Nazirliyi onu da qeyd edib ki, malların siyahıya daxil ediləcəyi prinsiplərdən biri Rusiya bazarına tədarükün dayandırılmasıdır.
Eyni zamanda, paralel idxal prosesi saxta malların leqallaşdırılması demək deyil. Bu tədbir orijinal malların alternativ təchizat kanalları vasitəsilə idxalını nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina - Sputnik Azərbaycan, 1920, 21.04.2022
RUSİYA
Nabiullina yeni idxalçılarının axtarışının vaxtı barədə danışıb
Xəbər lenti
0