Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Lavrov və Kuleba yenidən görüşəcək? - Rudenko cavab verdi

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidЗаместитель министра иностранных дел РФ Андрей Руденко, фото из архива
Заместитель министра иностранных дел РФ Андрей Руденко, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini deyib ki, ABŞ rəsmilərinin Ukraynaya səfərindən uyğun nəticələr çıxarılacaq və danışıqlara təsirindən danışmaq hələ tezdir.
BAKI, 25 aprel — Sputnik. Pentaqonun rəhbəri Lloyd Ostin və ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfərinin Rusiya-Ukrayna danışıqlarına necə təsir göstərə biləcəyi barədə danışmaq hələ tezdir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O bildirib ki, Rusiya tərəfi bu səfərə uyğun nəticələr çıxaracaq.
ABŞ müdafiə naziri və dövlət katibi ötən bazar günü Kiyevə səfər edib. Blinken və Ostin bu həftə amerikalı diplomatların tədricən Ukraynaya qayıdışını elan ediblər. Bundan əlavə, ABŞ rəsmiləri Ukraynaya birbaşa və dolayısı ilə 700 milyon dollardan çox hərbi yardım haqqında açıqlama veriblər.
Andrey Rudenko deyib ki, Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarına hələ hazırlıq getmir. RİA Novosti-nin sualını cavablandıran Rudenko jurnalistlərə "Hələ yox" deyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 19.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Qərb Zelenskidən öz məqsədləri üçün istifadə edir - Lavrov
Xəbər lenti
0