QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sülhə gedən yol: Ermənistana seçim qalmayıb

© Photo : European UnionAzərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə üçtərəfli görüş
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Millət vəkilləri bildiriblər ki, Azərbaycanın sülh müqaviləsi üçün təklif etdiyi beş prinsipin qəbul edilməsindən sonra praktiki addımların atılmasını gözləyir.
BAKI, 23 aprel — Sputnik. Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə üçtərəfli görüş keçirildi. Azərbaycan və Ermənistan liderləri Brüsseldə bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşdılar.
Eyni zamanda, Rusiya XİN İqor Xovayevi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin etdi. Qeyd edək ki, xüsusi nümayəndənin Bakıya səfəri gözlənir.
Sülh müqaviləsi ətrafında gedən proseslər və müqavilə imzalandıqdan sonra baş verə biləcəklər barədə Milli Məclisin deputatları Arzu Nağıyev Aydın Mirzəzadə fikirlərini bölüşüb.
Millət vəkili Arzu Nağıyev deyib ki, bu gün cərəyan edən proseslərin hamısı nəzəriyyədir və onların praktiki olaraq həyata keçirilməsi üçün ciddi addımlar atmaq lazımdır:
"Əsas məsələ Brüssel görüşündə əldə olunmuş razılıqlara uyğun olaraq delimitasiya və demarkasiya ilə məşğul olacaq komissiyaların fəaliyyətə başlamasıdır. Azərbaycan praktiki nəticə gözləyir".
© Sputnik / Murad OrujovPolitoloq Arzu Nağıyev
Politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Politoloq Arzu Nağıyev
Arzu Nağıyev qeyd edib ki, Ermənistanda revanşist qüvvələr bu gün də müharibə ritorikasından çıxış edirlər:
"Onlar həmin davranışlarla erməni əsilli Azərbaycan vətəndaşlarının da şüuruna təsir etməyə başlayıblar. İlk növbədə bunun qarşısını almaq vacibdir. Gələcəkdə sülh müqaviləsi imzalanarsa, iki ölkə bir-birinə yaxınlaşarsa, bu proseslərin hansı istiqamətdə cərəyan edəcəyinə diqqət yetirilməlidir".
Onun fikrincə, delimitasiya və demraksiya ilə bağlı işlər tənzimlənəndən sonra əsas istiqamət iqtisadi məsələlərlə bağlı olacaq:

"Qarabağın ərazisindəki silahlı quldur dəstləri dərhal oradan çıxmalıdır ki, oradakı vətəndaşlarımızla müvafiq əlaqələr qurula bilsin".

Millət vəkili bildirib ki, revanşist meyilli olan, Azərbaycan Konstitusiyasının əleyhinə gedən hər kəs cəzalandırılacaq.
"Bu gün hansısa şəhid ailəsi erməni quldurlarını bağışlamaz. Ona görə də humanitar addımların atılmasına ehtiyac var. Azərbaycan xalqı hər zaman özünü ləyaqətli aparıb. Dünya ictimaiyyəti erməniləri də təşviq etməlidir ki, özlərini ləyaqətli aparsınlar" - deyə millət vəkili vurğulayıb.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, sülh müqaviləsi tərəflərin hansısa öhdəliklər götürməsini vacib edir. Onun sözlərinə görə, Azərbaycan öz prinsipial yanaşmasını ortaya qoyub və Ermənistan tərəfindən ölkəmizin təklif etdiyi beş prinsipin qəbul edilməsi önəmli məqamdır:
"Sülh prosesində əsas məsələ siyasi iradənin olmasıdır. Bunun nə dərəcədə baş verəcəyini indidən demək çətindir".
© Photo : REPORTMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Millət vəkili Aydın Mirzəzadə
Millət vəkili hesab edir ki, Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Ermənistan bundan qaçıb:
"Bu gün sülh müqaviləsi, delimitasiya və demarkasiya ilk növbədə Ermənistanın özünə lazımdır. Bunu etmədiyi təqdirdə Ermənistan özünü saxladığı təcrid vəziyyətindən çıxa bilməyəcək".
Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistan düşdüyü ağır vəziyyətdən xilas olmaq istəsə, digər məsələlər öz həllini tapa bilər:

"Delimitasiya və demarkasiya prosesinin aparılması üçün Sovet dövründən qalma xəritələr mövcuddur. Sadəcə olaraq o xəritələrə riayət etmək lazımdır"

"Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı üzərinə düşən işləri yerinə yetirib. Ermənistan da bu işləri görsə qazanclı çıxacaq. Hər bir halda Azərbaycan normal münasibətlərin qurulmasının tərəfdarıdır. Sülh müqaviləsindən sonrakı proseslərin necə olacağını isə zaman göstərəcək. Yerdə qalan məsələləri texniki hesab edirəm" - deyə millət vəkili fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı - Sputnik Azərbaycan, 1920, 22.04.2022
SİYASƏT
"Biz tək Ermənistanla deyil, dünya erməniliyi və himayədarları ilə müharibə aparmışıq"
Xəbər lenti
0