Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Moskva Vaşinqtonla dialoqa açıqdır

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN-nin binası
Rusiya XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Rusiya XİN-in Departament direktoru bildirib ki, istənilən münaqişəli vəziyyət danışıqlarla yekunlaşır.
BAKI, 22 aprel — Sputnik. Moskva ABŞ-la səmimi və qarşılıqlı hörmətə əsaslanan dialoqa açıqdır, rabitə kanalları hətta indiki şəraitdə də saxlanılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktor müavini Sergey Koşelev bildirib.
O xatırladıb ki, Ukrayna ətrafında baş verənlər ABŞ və NATO-nun Rusiyanın narahatlığını, qanuni qüvvəyə malik təhlükəsizlik təminatlarının verilməsi tələblərini bir kənara atmasının nəticəsidir. Diplomat əlavə edib ki, bu gün ABŞ administrasiyası ilə qarşılıqlı fəaliyyətin əsas istiqamətləri üzrə dialoq yoxdur.
"Öz tərəfimdən qeyd edə bilərəm ki, biz dürüst və qarşılıqlı hörmətə əsaslanan dialoqa açığıq, o dərəcədə ki, ABŞ buna hazırdır", - Koşelev Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının "Rusiya-Amerika münasibətlərində böhran" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib.
"Hesab edirik ki, istənilən münaqişəli vəziyyət danışıqlarla yekunlaşır. Danışıqlar masası arxasında mövqelərimizi müdafiə etmək və hüquqi qüvvəyə malik sənədlər hazırlamaqdan başqa, siyasətimizi təşviq etmək üçün başqa təsir alətlərimiz yoxdur. Əsas alət iki tərəf arasında əlaqə kanallarıdır. Rusiya və ABŞ-ın xarici işlər nazirlikləri vasitəsilə belə kanalların mövcud olduğunu sizə təsdiq etmək istəyirəm", - diplomat vurğulayıb.
O xatırladıb ki, Moskva və Vaşinqton arasında artıq soyuq müharibə dövründə işləmiş qarşıdurma kontekstində tarixi təmas təcrübəsi var. "Biz müxtəlif ictimai-siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması prinsiplərindən başladıq", - Koşelev əlavə edib.
"Biz normal vəziyyətə qayıdışın baş verəcəyinə ümidliyik. Təbii ki, belə iş hər iki tərəfdən yalnız qarşılıqlı hörmət və maraqlara riayət prinsipləri əsasında hərəkət tələb edəcək. Nə olursa olsun, Rusiya və ABŞ beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında xüsusi məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir", - deyə departament rəhbərinin müavini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0