Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Novak: Bu marşrut Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək

© Sputnik / Александр Кряжев / Mediabanka keçidRusiya Baş nazirinin müavini Aleksandr Novak
Rusiya Baş nazirinin müavini Aleksandr Novak - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, nəqliyyat dəhlizinin inkişafı vəzifəsi uzunmüddətli idisə, indi bu, daha da aktuallaşır.
BAKI, 22 aprel — Sputnik. “Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiyanın ticarət dövriyyəsinin inkişafını və məhsul tədarükünün logistikasını təmin edəcək. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Dağıstanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.
"Bu, əvvəllər haqqında danışdığımız “Şimal-Cənub” nəqliyyat dəhlizidir, bu gün öz aktuallığını qazanır. Biz başa düşürük ki, sərhədlərin bağlanması və Qərb ölkələri ilə ticarət dövriyyəsini əvvəlki həcmdə təmin edə bilməmək bu dəhlizin əhəmiyyətini artırır", - deyə Novak bildirib.
Baş nazirin müavini vurğulayıb ki, əgər əvvəllər nəqliyyat dəhlizinin inkişafı vəzifəsi uzunmüddətli idisə, indi bu, aktuallaşır, çünki marşrut Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək.
"Şimal-Cənub" multimodal nəqliyyat dəhlizinin yaradılması haqqında Hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb, sonradan ona bir neçə başqa dövlət də qoşulub. Moskva bu sənədi 2002-ci ildə ratifikasiya edib. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisi ilə Avropaya yüklərin tranzitini təmin etməkdir. Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə məsafə iki dəfədən çox azalıb ki, bu da nəqliyyatın vaxtını və xərclərini azaldır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0