https://sputnik.az/20220422/dm-xarici-dil-uzre-felsefe-doktoru-imtahani-verenlere-muraciet-edib-441321523.html
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərə müraciət edib
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərə müraciət edib
Sputnik Azərbaycan
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında xarici dil seçimi ilə bağlı məhdudiyyətin götürülməsi hal-hazırda doktoranturada təhsil alan doktorant və... 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T11:01+0400
2022-04-22T11:01+0400
2022-04-22T11:05+0400
dim
təhsil
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_0:77:2001:1202_1920x0_80_0_0_bee596db8755111e1a07f32f00e6048f.jpg
BAKI, 22 aprel — Sputnik. Müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən iddiaçılar xarici dil üzrə fəlsəfə doktoru imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ya ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.Dövlət İmtahan Mərkəzinin xəbərinə görə, iddiaçılar xarici dil üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat zamanı ingilis, alman və fransız dillərindən birini seçə biləcəklər.Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına malik olan iddiaçılar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə edərək təhsil aldıqları təşkilata təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir.Doktorantura və dissertanturaya qəbul zamanı isə göstərilən hər hansı bir magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41104/39/411043914_146:0:1853:1280_1920x0_80_0_0_2b6ac0b14a43ce5eb6a7e85530a33b80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı verənlərə müraciət edib
11:01 22.04.2022 (Yenilənib: 11:05 22.04.2022) Xarici dil üzrə fəlsəfə doktoru imtahanında xarici dil seçimi ilə bağlı məhdudiyyətin götürülməsi hal-hazırda doktoranturada təhsil alan doktorant və dissertantlara şamil olunur.
BAKI, 22 aprel — Sputnik. Müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən iddiaçılar xarici dil üzrə fəlsəfə doktoru imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ya ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.
Dövlət İmtahan Mərkəzinin xəbərinə görə, iddiaçılar xarici dil üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat zamanı ingilis, alman və fransız dillərindən birini seçə biləcəklər.
Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına malik olan iddiaçılar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə edərək təhsil aldıqları təşkilata təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir.
Doktorantura və dissertanturaya qəbul zamanı isə göstərilən hər hansı bir magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmaları) bitirən namizədlər ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.