Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin bazarı milli valyutalarda hesablaşmalara keçid üçün hazırlamağı tapşırıb

© Sputnik / Евгений Биятов / Mediabanka keçidРабочая поездка президента РФ В. Путина в Дальневосточный федеральный округ
Рабочая поездка президента РФ В. Путина в Дальневосточный федеральный округ - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Rusiya prezidenti neft-qaz sektorunda vəziyyətə dair müşavirədə enerji daşıyıcıları ixracını addım-addım cənub və şərqin sürətlə inkişaf edən bazarlarına yönəltməli olduqlarını deyib.
BAKI, 15 aprel - Sputnik. Rusiya valyuta bazarı milli valyutalarda hesablaşmaların payının əhəmiyyətli dərəcədə artmasına hazır olmalıdır.
Bu sözləri Rusiya prezident Vladimir Putin neft-qaz sektorunda vəziyyətə dair müşavirədə bildirib.
“Ümumiyyətlə, biz xarici ticarət sistemində milli valyutalarla hesablaşmaların payını köklü şəkildə artırmaq niyyətindəyik. Bu sahələrdə artıq mühüm addımlar atılır. Burada əsas vəzifə valyuta bazarımızı elə keçidə hazırlamaqdır ki, istənilən xarici valyuta sərbəst şəkildə və lazımi miqdarda rus rubluna dəyişdirilə bilsin”, - o, deyib.
Dövlət başçısı vurğulayıb ki, etibarsız valyuta yurisdiksiyalarından imtina etmək strateji vəzifədir. Onun sözlərinə görə, bu, xarici ticarətin həcminin saxlanılması və artırılması, “sözünə sadiq olan və işgüzar nüfuzuna dəyər verən proqnozlaşdırıla bilən tərəfdaşlarla” sabit əlaqələrin qurulması üçün vacibdir.
Putin qeyd edib ki, Rusiyanın neft-qaz sektoru problemlərlə üzləşib, bunlardan ən kəskini ixrac tədarükünün logistikasının pozulması ilə bağlıdır. Bundan əlavə, Rusiyanın enerji resurslarının ödənişində uğursuzluqlar var - dost olmayan ölkələrin bankları ödənişlərin köçürülməsini gecikdirir.
“Eyni zamanda, dost olmayan ölkələr özləri də etiraf edirlər ki, Rusiyadan tədarük olmadan, xüsusən də təbii qaz olmadan keçinə bilməzlər”, - deyə prezident davam edib.
"İndi Avropa üçün sadəcə ağlabatan bir əvəzedici yoxdur. Bəli, onun olması mümkündür, amma indi o, yoxdur. Hamı başa düşür ki, sadəcə, hazırda bazarda sərbəst həcm yoxdur, digər ölkələrdən, ilk növbədə ABŞ-dan da tədarük mövcud deyil. Əlbəttə Avropaya göndərilə bilər, lakin o da istehlakçılara dəfələrlə baha başa gələcək, insanların həyat səviyyəsinə və Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinə təsir edəcək”, - Putin bildirib.
O əlavə edib ki, buna baxmayaraq, Avropa ölkələri daim Rusiya neft və qazından imtina etmək barədə danışırlar. Bu da bazarda sabitliyi daha da pozur və qiymətləri özləri, ilk növbədə öz vətəndaşları üçün şişirdir.
"Qərb ölkələrinin Rusiya tədarükçülərini sıxışdırmaq, enerji resurslarımızı alternativ təchizatla əvəz etmək cəhdlərinin bütün dünya iqtisadiyyatına təsiri qaçılmazdır. Belə bir addımın nəticələri çox ağrılı ola bilər, ilk növbədə belə siyasətin təşəbbüskarları üçün.", - deyə dövlət başçısı vurğulayıb.
Putin qeyd edib ki, yaxın gələcəkdə Qərbə tədarüklər daha da azalacaq, ona görə də ixracı şaxələndirmək lazımdır:
"Addım-addım ixracımızı cənub və şərqin sürətlə inkişaf edən bazarlarına yönəltməliyik. Bunun üçün biz əsas infrastruktur obyektlərini müəyyən etməli və yaxın vaxtlarda onların tikintisinə başlamalıyıq".
Bundan əlavə, prezident daxili bazarın sabit təchizatına, daxili tələbin stimullaşdırılması üçün mümkün olan yerlərdə qiymətlərin aşağı salınmasına nail olmağa çağırıb.
Rusiya hərbi qüvvələrinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatına başlamasından sonra Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb. Məhdudlaşdırıcı tədbirlər ilk növbədə bank sektoruna və yüksək texnologiyalı məhsulların tədarükünə qarşı yönəlib.
Bir çox ölkələr Rusiyanın aktivlərinin dondurulduğunu elan edib və Avropada Rusiyanın enerji resurslarından asılılığın azaldılmasına dair çağırışları daha çox səslənməyə başlayıb. Buna cavab olaraq Rusiya kapitalın ölkədən çıxarılmasını və Rusiya qiymətli kağızlarının xarici kontragentlər tərəfindən satışını məhdudlaşdırıb. Bundan əlavə, Putin dost olmayan ölkələr üçün qaz ödənişlərində rubla keçidi nəzərdə tutan fərman imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 13.04.2022
RUSİYA
Putin Arktikaya dair tapşırıqlar verdi: qanun və imtiyazlar
Xəbər lenti
0