https://sputnik.az/20220415/mecburi-kockunler-ucun-tikilmis-istifadesiz-menzillerin-satisi-portali-hazirlanir-441127429.html
Məcburi köçkünlər üçün tikilmiş istifadəsiz mənzillərin satışı portalı hazırlanır
Məcburi köçkünlər üçün tikilmiş istifadəsiz mənzillərin satışı portalı hazırlanır
Sputnik Azərbaycan
Dövlət başçısının təsdiq etdiyi qaydaya uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilən çoxmənzilli... 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T11:45+0400
2022-04-15T11:45+0400
2022-04-15T11:45+0400
azərbaycan
cəmiyyət
mənzil
qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/19/426318986_0:83:1001:646_1920x0_80_0_0_643ab31cb2d2e105465f2c13e6b2f8e9.jpg
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır.Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hazırlanan portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - "ASAN Login" üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq.Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir.Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/mecburi-kockunler-ucun-tikilmis-binalarda-menziller-nece-ve-neceye-satilacaq---resmi-441075771.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/19/426318986_57:0:924:650_1920x0_80_0_0_8909febc30e79bacc6cb063c8d3212cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, mənzil, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
azərbaycan, mənzil, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
Məcburi köçkünlər üçün tikilmiş istifadəsiz mənzillərin satışı portalı hazırlanır
Dövlət başçısının təsdiq etdiyi qaydaya uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilən çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışını ƏƏSMN həyata keçirəcək.
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hazırlanan portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - "ASAN Login" üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq.
Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir.
Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.