https://sputnik.az/20220410/rusiya-mn-ukraynanin-son-sutkadaki-itkilerini-aciqladi-440975266.html
Rusiya MN Ukraynanın son sutkadakı itkilərinı açıqladı
Rusiya MN Ukraynanın son sutkadakı itkilərinı açıqladı
Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələri son sutka ərzində Ukraynada S-300 raket komplekslərinin atəş qurğularını və 8 PUA məhv ediblər. 10.04.2022, Sputnik Azərbaycan
2022-04-10T13:58+0400
2022-04-10T13:58+0400
2022-04-10T13:58+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
rusiya müdafiə nazirliyi
iqor konaşenkov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440387528_0:283:3138:2048_1920x0_80_0_0_cd23e4eb4e84d688c0a0bb5979063ec7.jpg
BAKI, 10 aprel - Sputnik. Rusiya Müdafiə Nazirliyi son sutkada Ukraynadakı vəziyyətlə bağlı məlumat yayıb. Məlumata görə, Rusiya SQ yüksəkdəqiqlikli raketlərlə Dnepropetrovsk vilayətində yerli batalyonun qərargahını məhv edib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, raket zərbəsi ilə Nikolayev vilayətində S-300 raket komplekslərinin atəş qurğuları məhv edilib. Havada isə Ukrayna məxsus 8 PUA vurulub. Aviasiya sutka ərzində Ukraynanın 86 hərbi obyektinə zərbələr endirib.️ Rusiya SQ əməliyyat başlayandan Ukraynada 436 PUA, 232 reaktiv yaylım atəşi sistemləri, 2052 tank və digər zirehli texnika məhv ediblər."Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 86 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki silah-sursat anbarı, üç yanacaq anbarı, üç reaktiv yaylım atəşi sistemləri qurğusu, həmçinin 49 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - Rusiya MN sözçüsü qeyd edib.Konaşenkovun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Olxovatovka, Novaya Astraxan, Avdeevka, Şaxterskoe, Kuraxovo, Novoselovka II, Vesele yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 8 pilotsuz uçuş aparatını vurub:"Bundan əlavə, yüksək dəqiqlikli havadan buraxılan raketlər Nikolayev vilayətinin Staroboqdanovka kəndi ərazisində və Xarkov vilayətinin Çuqev hərbi aerodromunda kəşfiyyatla müəyyən edilmiş Ukraynanın S-300 zenit-raket komplekslərinin buraxılış qurğularını məhv edib".Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/16/440387528_407:0:3138:2048_1920x0_80_0_0_cb86a6d936a0b91a890753260c7db14b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rusiya müdafiə nazirliyi, iqor konaşenkov
rusiya, rusiya müdafiə nazirliyi, iqor konaşenkov
Rusiya MN Ukraynanın son sutkadakı itkilərinı açıqladı
Rusiya Silahlı Qüvvələri son sutka ərzində Ukraynada S-300 raket komplekslərinin atəş qurğularını və 8 PUA məhv ediblər.
BAKI, 10 aprel - Sputnik. Rusiya Müdafiə Nazirliyi son sutkada Ukraynadakı vəziyyətlə bağlı məlumat yayıb.
Məlumata görə, Rusiya SQ yüksəkdəqiqlikli raketlərlə Dnepropetrovsk vilayətində yerli batalyonun qərargahını məhv edib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, raket zərbəsi ilə Nikolayev vilayətində S-300 raket komplekslərinin atəş qurğuları məhv edilib.
Havada isə Ukrayna məxsus 8 PUA vurulub. Aviasiya sutka ərzində Ukraynanın 86 hərbi obyektinə zərbələr endirib.️ Rusiya SQ əməliyyat başlayandan Ukraynada 436 PUA, 232 reaktiv yaylım atəşi sistemləri, 2052 tank və digər zirehli texnika məhv ediblər.
"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 86 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki silah-sursat anbarı, üç yanacaq anbarı, üç reaktiv yaylım atəşi sistemləri qurğusu, həmçinin 49 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - Rusiya MN sözçüsü qeyd edib.
Konaşenkovun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Olxovatovka, Novaya Astraxan, Avdeevka, Şaxterskoe, Kuraxovo, Novoselovka II, Vesele yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 8 pilotsuz uçuş aparatını vurub:
"Bundan əlavə, yüksək dəqiqlikli havadan buraxılan raketlər Nikolayev vilayətinin Staroboqdanovka kəndi ərazisində və Xarkov vilayətinin Çuqev hərbi aerodromunda kəşfiyyatla müəyyən edilmiş Ukraynanın S-300 zenit-raket komplekslərinin buraxılış qurğularını məhv edib".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.