Dumadan çağırış: Rusiya Avropa İttifaqına qaz tədarükünü dayandırsın!
14:45 10.04.2022 (Yenilənib: 16:33 10.04.2022)
Abunə olmaq
Rusiyalı deputat rublla qaz tədarükündən imtinaya cavab olaraq Avropaya qaz tədarükünü dayandırmağı təklif edib. Alman iqtisadçı isə düşünür ki, birdən-birə Rusiya qazından imtina ölkədə istehsalatın xeyli hissəsinin dayanmasına gətirib çıxaracaq.
BAKI, 10 aprel - Sputnik. Rusiya parlamentində Avropanı qazsız qoymaq fikirləri səslənməyə başlayıb.
Rusiya Dövlət dumasının deputatı Mixail Şeremet Avropanın “Rusiyaya qarşı azğınlaşmış siyasətinə” cavab olaraq müvəqqəti olaraq Avropa İttifaqına qaz tədarükünü dayandırmağa çağırıb.
Rusiya Dövlət dumasının deputatı Mixail Şeremet Avropanın “Rusiyaya qarşı azğınlaşmış siyasətinə” cavab olaraq müvəqqəti olaraq Avropa İttifaqına qaz tədarükünü dayandırmağa çağırıb.
Xatırladaq ki, mart ayında Rusiya prezidenti Vladimir Putin hökumətlə görüşü zamanı “dost olmayan ölkələrə” qaz nəqli üçün ödənişlərin rubla keçdiyini bəyan edib. Bu qərardan sonra bir sıra Avropa ölkələri Rusiyadan rublla qaz almaqdan imtina ediblər.
Köln Almaniya iqtisadiyyatı institutunun direktoru Mixael Hüter düşünür ki, birdən-birə Rusiya qazından imtina ölkədə istehsalatın xeyli hissəsinin dayanmasına gətirib çıxaracaq.
“Bu, haradasa iki il yarımlıq bir müddətdə əsas sahələrdə istehsalın dayandırılması deməkdir”, - deyə o, Welt am Sonntag qəzetinə bildirib.
Alman ekspertin fikrincə, istehsalat bir il və ya daha çox müddətə dayanarsa, sonradan subsidiya və müavinatlar hesabına vəziyyəti düzəltmək mümkün olmur.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.