https://sputnik.az/20220408/rusiyalilarin-putine-etimadi-ile-bagli-sorgu-kecirildi-440928876.html
Rusiyalıların Putinə etimadı ilə bağlı sorğu keçirildi
Rusiyalıların Putinə etimadı ilə bağlı sorğu keçirildi
Sputnik Azərbaycan
Martın 28-dən aprelin 3-dək olan dövrdə prezidentin fəaliyyətini bəyənmə nisbəti 78,9%, Putinə etimad reytinqi isə 81,6% təşkil edib. 08.04.2022, Sputnik Azərbaycan
2022-04-08T15:00+0400
2022-04-08T15:00+0400
2022-04-08T15:27+0400
putin
rusiya
sorğu
rusiya federasiyası
müsahibə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440299330_0:224:3166:2005_1920x0_80_0_0_e0401ea546e5e2568db8ed93068f8214.jpg
BAKI, 8 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 81,6%-i etimad göstərir, 78,9%-i onun Rusiya Federasiyasının prezidenti kimi fəaliyyətini bəyənir. Sputnik Azərbaycan xəbər verir ki, bu, Rusiya İctimai Fikir Araşdırımaları Mərkəzinin (ÜİFÖM) keçirdiyi sorğuda müəyyən edilib.Tədqiqatın nəticələrinə görə, martın 28-dən aprelin 3-dək olan dövrdə prezidentin fəaliyyətini bəyənmə nisbəti 78,9%, Putinə etimad reytinqi isə 81,6% təşkil edib.Dəqiqləşdirilir ki, rusiyalıların yalnız 3%-nin Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra ölkədən getmiş qohumları, və ya tanışları var. Həmçinin respondentlərin yarıdan çoxu hesab edir ki, xüsusi hərbii əməliyyat başlayandan sonra gedən rusiyalılar geri qayıdacaqlar, 19% əmindir ki, Rusiya Federasiyasını tərk etmişlər həmişəlik xaricdə qalacaqlar.Sorğu "ÜİFÖM-Sputnik"in təşəbbüsü ilə martın 28-dən aprelin 3-dək keçirilib. Sorğuda 18 yaşdan yuxarı Rusiya vətəndaşları iştirak ediblər. Sorğu 1600 respondent arasında keçirilib.Sorğu telefonla müsahibə üsulu ilə aparılıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220323/sorgu-ukraynadaki-xususi-emeliyyati-destekleyen-rusiyalilarin-sayi-artir-440406493.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440299330_435:0:3166:2048_1920x0_80_0_0_ad4fe4dee63c5ed0b45124e1f62f8ceb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, sorğu, rusiya federasiyası, müsahibə
putin, sorğu, rusiya federasiyası, müsahibə
Rusiyalıların Putinə etimadı ilə bağlı sorğu keçirildi
15:00 08.04.2022 (Yenilənib: 15:27 08.04.2022) Martın 28-dən aprelin 3-dək olan dövrdə prezidentin fəaliyyətini bəyənmə nisbəti 78,9%, Putinə etimad reytinqi isə 81,6% təşkil edib.
BAKI, 8 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 81,6%-i etimad göstərir, 78,9%-i onun Rusiya Federasiyasının prezidenti kimi fəaliyyətini bəyənir. Sputnik Azərbaycan xəbər verir ki, bu, Rusiya İctimai Fikir Araşdırımaları Mərkəzinin (ÜİFÖM) keçirdiyi sorğuda müəyyən edilib.
Tədqiqatın nəticələrinə görə, martın 28-dən aprelin 3-dək olan dövrdə prezidentin fəaliyyətini bəyənmə nisbəti 78,9%, Putinə etimad reytinqi isə 81,6% təşkil edib.
Dəqiqləşdirilir ki, rusiyalıların yalnız 3%-nin Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra ölkədən getmiş qohumları, və ya tanışları var. Həmçinin respondentlərin yarıdan çoxu hesab edir ki, xüsusi hərbii əməliyyat başlayandan sonra gedən rusiyalılar geri qayıdacaqlar, 19% əmindir ki, Rusiya Federasiyasını tərk etmişlər həmişəlik xaricdə qalacaqlar.
Sorğu "ÜİFÖM-Sputnik"in təşəbbüsü ilə martın 28-dən aprelin 3-dək keçirilib. Sorğuda 18 yaşdan yuxarı Rusiya vətəndaşları iştirak ediblər. Sorğu 1600 respondent arasında keçirilib.
Sorğu telefonla müsahibə üsulu ilə aparılıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.