NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiymətlərinə Çinin təsiri

© REUTERS / Todd Korol / File PhotoNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Azərbaycan nefti kəskin aşağı düşüb. Bir sıra ölkələrin strateji neft ehtiyatlarını satışa çıxarması da qiymətlərə təsir edir
BAKI, 8 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,93 dollar azalaraq 102,69 dollar olub.
Qeyd edək ki, bir sıra ölkələrin strateji neft ehtiyatlarını satışa çıxarması, Çində pandemiyanın artması neftə tələbi azaldıb. Bu da neftin qiymətlərinə təsir edir. Çin dünyada ən böyük neft idxalçısıdır.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faizləri artmaq ehtimalı da qiymətlərə dolaylı təsir edib. FED-in inflyasiya ilə mübarizə üçün daha sərt pul siyasəti həyata keçirəcəyi mesajından sonra riskli aktivlərə tələb azalıb, dollar dəstək qazanıb.
ABŞ xam nefti həftənin son ticarət günündə 96 dolların altına düşərkən bu həftə 3 faizdən çox ucuzlaşıb. "Brent" markalı neft isə 100 dollara düşüb.
Beynəlxalq Enerji Agentliyinin üzvü olan ölkələr bu enerji resursunun qiymətlərini aşağı salmaq üçün öz ehtiyatlarından bazara 120 milyon barel neft göndərəcək. Bazara çıxarılacaq 120 milyon barelin 60 milyon barelini ABŞ-ın strateji neft ehtiyatları qarşılayacaq.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2022
NEFT-QAZ
Neft yenidən bahalaşır - Nə baş verir?
Xəbər lenti
0