https://sputnik.az/20220407/rusiya-covid-19-a-qarsi-yeyile-bilen-peyvendin-sinaqlarina-baslayacaq-440865756.html
Rusiya COVID-19-a qarşı yeyilə bilən peyvəndin sınaqlarına başlayacaq
Rusiya COVID-19-a qarşı yeyilə bilən peyvəndin sınaqlarına başlayacaq
Sputnik Azərbaycan
Kiçik texnoloji dəyişikliklə hər hansı süd zavodu bu məhsulu istehsal etməyə başlaya bilər. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T08:34+0400
2022-04-07T08:34+0400
2022-04-07T08:34+0400
rusiya
rusiya
peyvənd
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440252696_0:129:3187:1921_1920x0_80_0_0_67bd39b28471adb0841865dcb91dc28b.jpg
BAKI, 7 aprel — Sputnik. Eksperimental Tibb İnstitutu (ETİ, Sankt-Peterburq) koronavirusa qarşı dadı turş süd məhsuluna bənzəyən dünyada ilk yeyilə bilən peyvəndin klinik sınaqlarına başlamağa ümid edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ETİ-nin patogen mikroorqanizmlərin molekulyar genetikasının molekulyar mikrobiologiya və laboratoriya şöbəsinin müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Suvorov məlumat verib."Bu günə qədər biz peyvəndin dörd variantını yaratmışıq. Çox ümid edirik ki, yaxın gələcəkdə klinik sınaqlara çıxacağıq", - deyə o qeyd edib.ETİ-nin direktoru, Rusiya Elmlər Akademiyasının professoru Aleksandr Dmitriyevin qeyd etdiyi kimi, 2020-ci ilin yanvar ayından etibarən institutda müvafiq tədqiqatlar aparılır. Onun qiymətləndirməsinə görə, COVID-19-a qarşı yeyilə bilən peyvənd bir sıra rəqabət üstünlüklərinə malikdir. Bunlardan biri də bu preparatın kifayət qədər asan içilməsidir. Həmçinin, belə bir peyvəndin istehsalı xüsusi təmizləmə texnologiyalarının tətbiqini və preparatın seriyalı istehsalını təşkil etmək üçün ciddi maliyyə xərcləri tələb eləmir."Bu, çox ucuzdur və asanlıqla genişləndirilə bilər. Kiçik texnoloji dəyişikliklə hər hansı süd zavodu bu məhsulu istehsal etməyə başlaya bilər", - deyə o, izah edib."Ən əsası, bu platforma hələ insanların populyasiyasına düşməmiş hər hansı törədicini və istənilən patogenləri asanlıqla və tez uyğunlaşdıra bilər", - deyə alim yekunlaşdırıb.2021-ci ilin aprel ayının əvvəlində Dmitriyev RİA Novosti-yə bildirib ki, koronavirusa qarşı yeyilə bilən peyvəndin hazırlanması təşəbbüs layihəsi kimi Eksperimental Tibb İnstitutunda başlayıb. Sonradan isə Rusiya hökuməti ETİ və Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin daxil olduğu dünya səviyyəli elmi mərkəzi "Fərdiləşdirilmiş Tibb Mərkəzi"nin yaradılmasını təsdiqlədikdə, koronavirusa qarşı dünyanın ilk yeyilə bilən peyvəndinin yaradılması layihəsi Dünya Səviyyəli Elm Mərkəzi çərçivəsində tədqiqat sahələrindən birinə çevrildi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220401/rusiyada-covid-19-a-qarsi-dunyada-ilk-burun-peyvendi-qeyde-alinib-440715604.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440252696_227:0:2958:2048_1920x0_80_0_0_5ad27ecd4cb495b47d70f032551d8603.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, peyvənd
Rusiya COVID-19-a qarşı yeyilə bilən peyvəndin sınaqlarına başlayacaq
Kiçik texnoloji dəyişikliklə hər hansı süd zavodu bu məhsulu istehsal etməyə başlaya bilər.
BAKI, 7 aprel — Sputnik. Eksperimental Tibb İnstitutu (ETİ, Sankt-Peterburq) koronavirusa qarşı dadı turş süd məhsuluna bənzəyən dünyada ilk yeyilə bilən peyvəndin klinik sınaqlarına başlamağa ümid edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ETİ-nin patogen mikroorqanizmlərin molekulyar genetikasının molekulyar mikrobiologiya və laboratoriya şöbəsinin müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Suvorov məlumat verib.
"Bu günə qədər biz peyvəndin dörd variantını yaratmışıq. Çox ümid edirik ki, yaxın gələcəkdə klinik sınaqlara çıxacağıq", - deyə o qeyd edib.
ETİ-nin direktoru, Rusiya Elmlər Akademiyasının professoru Aleksandr Dmitriyevin qeyd etdiyi kimi, 2020-ci ilin yanvar ayından etibarən institutda müvafiq tədqiqatlar aparılır. Onun qiymətləndirməsinə görə, COVID-19-a qarşı yeyilə bilən peyvənd bir sıra rəqabət üstünlüklərinə malikdir. Bunlardan biri də bu preparatın kifayət qədər asan içilməsidir. Həmçinin, belə bir peyvəndin istehsalı xüsusi təmizləmə texnologiyalarının tətbiqini və preparatın seriyalı istehsalını təşkil etmək üçün ciddi maliyyə xərcləri tələb eləmir.
"Bu, çox ucuzdur və asanlıqla genişləndirilə bilər. Kiçik texnoloji dəyişikliklə hər hansı süd zavodu bu məhsulu istehsal etməyə başlaya bilər", - deyə o, izah edib.
"Ən əsası, bu platforma hələ insanların populyasiyasına düşməmiş hər hansı törədicini və istənilən patogenləri asanlıqla və tez uyğunlaşdıra bilər", - deyə alim yekunlaşdırıb.
2021-ci ilin aprel ayının əvvəlində Dmitriyev RİA Novosti-yə bildirib ki, koronavirusa qarşı yeyilə bilən peyvəndin hazırlanması təşəbbüs layihəsi kimi Eksperimental Tibb İnstitutunda başlayıb. Sonradan isə Rusiya hökuməti ETİ və Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin daxil olduğu dünya səviyyəli elmi mərkəzi "Fərdiləşdirilmiş Tibb Mərkəzi"nin yaradılmasını təsdiqlədikdə, koronavirusa qarşı dünyanın ilk yeyilə bilən peyvəndinin yaradılması layihəsi Dünya Səviyyəli Elm Mərkəzi çərçivəsində tədqiqat sahələrindən birinə çevrildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.