Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Narışkin: Qərb onilliklərlə bəyan etdiyi prinsiplərini tapdalayır

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Rusiyaya qarşı "səlib yürüşü"nə görə ABŞ və Aİ ölkələrinin əhalisi yanacaq, elektrik enerjisi və ərzaq qiymətlərində görünməmiş artımla üzləşib.
BAKI, 7 aprel — Sputnik. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı kollektiv Qərbin rusofobiya siyasəti üçün geri dönüşü olmayan nöqtəyə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Qərb xüsusi mülkiyyətin toxunulmazlığı, söz azadlığı və ya məlumatın məhdudiyyətsiz yayılması kimi onilliklərlə (və ya hətta əsrlər boyu) bəyan etdiyi öz əsas prinsiplərini açıq-aşkar tapdalayır", – Narışkin "Milli Müdafiə" jurnalında dərc olunan məqaləsində yazıb.
Bundan əlavə, o qeyd edib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı rus dünyası üçün "əsl həqiqət anı" olub: "ABŞ hegemonluğu, NATO-nun genişlənməsi, liberal müdaxiləçilik və LGBT təbliğatı siyasəti ilə təcəssüm olunan aqressiv qlobalizm qarşısında öz orijinal mövcudluq hüququnu tam müdafiə etməyə hazır olduğunu qətiyyətlə bəyan edib".
"Güclü təəssürat var ki, Qərb elitaları sadəcə olaraq Davos Ümumdünya İqtisadi Forumunun təklif edilmiş məlum ssenariyə uyğun olaraq orta sinfin faktiki ləğvi ilə bağlı çoxdan gözlənilən planlarını həyata keçirmək üçün indiki vəziyyətdən istifadə edirlər. 2030-cu ildə heç nəyin olmayacaq və xoşbəxt olacaqsan! " – Narışkin Rusiyanın "Milli müdafiə" jurnalındakı məqaləsində yazıb.
Onun sözlərinə görə, xüsusilə orta təbəqə üçün rahat, təhlükəsiz həyat uzun illərdir ki, Qərb ölkələrində siyasi sabitliyin sütunlarından biri olub. Amma indi Vaşinqton və onun peyklərinin Rusiyaya qarşı elan etdiyi "səlib yürüşü"nə görə ABŞ və Aİ ölkələrinin əhalisi yanacaq, elektrik enerjisi və ərzaq qiymətlərində görünməmiş artımla üzləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0