Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin: "Bu, hər iki tərəf üçün təhlükəlidir"

© Sputnik / Алексей Никольский / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Prezident Vladimir Putin bildirib ki, qeyri-bazar tədbirləri və "Qazproma" təzyiqlər səbəbindən dünya enerji bazarında vəziyyət getdikcə pisləşir.
BAKI, 5 aprel — Sputnik. Son iki ildə inkişaf etmiş ölkələrin səhvlərinə görə qlobal ərzaq bazarında vəziyyət xeyli çətinləşib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökümətin iclasında deyib.
Prezident bildirib ki, qeyri-bazar tədbirləri və "Qazproma" təzyiqlər səbəbindən dünya enerji bazarında vəziyyət getdikcə pisləşir.
Onun sözlərinə görə, Qərb iqtisadiyyatdakı səhvlərini Rusiyanın üzərinə atmağa və problemlərini onun hesabına həll etməyə çalışır: "Rusiyanın qərbdəki enerji aktivlərinin milliləşdirilməsi haqda çağırışlar əslində hər iki tərəf üçün təhlükəlidir. Ölkəmiz ərzaq ixracında daha diqqətli olmalıdır. Xüsusən də bu ona qarşı düşməncəsinə davranan ölkələrə aiddir".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrlə rublla ödənilməsinin yeni qaydası haqqında fərman imzalayıb. Avropa Komissiyası bu təcrübənin qəbuledilməz olduğunu bildirir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0