Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbçilər məcburi narkoloji müayinədən keçəcəklər

© AP Photo / Charles Rex ArbogastNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Milli Məclisdə "Narkoloji xidmət və nəzarət haqqında" qanuna təklif edilən yeni dəyişiklik müzakirə edilib
BAKI, 5 aprel — Sputnik. Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Narkoloji xidmət və nəzarət haqqında" qanuna təklif edilən yeni - 24.4-cü maddədə əksini tapıb.
Təklif olunan yeni maddəyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəsisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə ( müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0