https://sputnik.az/20220404/bakida-guclu-kulek-neticesinde-masin-asdi-6-nefer-xesaret-aldi-440785233.html
Bakıda güclü küləyin fəsadları: yük maşını aşdı, 6 nəfər xəsarət aldı
Bakıda güclü küləyin fəsadları: yük maşını aşdı, 6 nəfər xəsarət aldı
Sputnik Azərbaycan
Zərərçəkənlər müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar. 04.04.2022, Sputnik Azərbaycan
2022-04-04T14:35+0400
2022-04-04T14:35+0400
2022-04-04T15:27+0400
külək
hadisə
fövqəladə hallar nazirliyi
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/07/426399907_0:25:1000:588_1920x0_80_0_0_e4300a5bec9f38056f403d9073b12649.jpg
BAKI, 4 aprel — Sputnik. Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.Bakıda güclü külək yük avtomobilini aşırıb. Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Güclü külək nəticəsində yük maşını yolun hərəkət hissəsinə aşıb.Xatırladaq ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur."Güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir", - FHN-in məlumatında deyilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/07/426399907_157:0:1000:632_1920x0_80_0_0_634a7dd5d2d03a7a71425b6c36a02c03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
külək, fövqəladə hallar nazirliyi, səhiyyə nazirliyi
külək, fövqəladə hallar nazirliyi, səhiyyə nazirliyi
Bakıda güclü küləyin fəsadları: yük maşını aşdı, 6 nəfər xəsarət aldı
14:35 04.04.2022 (Yenilənib: 15:27 04.04.2022) Zərərçəkənlər müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
BAKI, 4 aprel — Sputnik. Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
Bakıda güclü külək yük avtomobilini aşırıb. Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Güclü külək nəticəsində yük maşını yolun hərəkət hissəsinə aşıb.
Xatırladaq ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
"Güclü küləyin baş verə biləcək yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir", - FHN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.