Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda rubl daha da bahalaşdı

© Sputnik / Алексей МальгавкоRubl
Rubl - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Son günlərdə rubl manat qarşısında dəyər qazanmaqda davam edir. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 1 aprel — Sputnik. Aprelin 1-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 1,96 faiz yüksələrək 0,0208 manat təşkil edib (1 manat=48,0769 rubl). Başqa sözlə, bu günə 1000 rubl 20 manat 80 qəpik olub.
Sputnik Azərbaycan xəbər verir ki, dünən ilə müqayisədə bu gün rubl daha 40 qəpik bahalaşıb.
Martın 31-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 9,09 faiz artaraq 0,0204 manat (1 manat=49,01 rubl) təşkil edib. Başqa sözlə, dünən 1000 rubl 20 manat 40 qəpik olub. Martın 30-u ilə ilə müqayisədə rubl 1 manat 70 qəpik bahalaşıb.
Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayan vaxtdan rubl kəskin ucuzlaşsa da, son 2 həftədə dəyər qazandığı müşahidə olunur. Bir həftə öncə 1000 rubl 16 manat 50 qəpik idisə, hazırda 20 manat 80 qəpikdir.
Rublun güclənməsinin əsas səbəbi isə Rusiyanın son qərarı olub. Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiya dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməyəcəyi təqdirdə, bunu müqavilə şərtlərinin pozulması hesab edəcək. Ödənişin rublla edilməsindən imtina olunacağı halda, Rusiya qazının alınmasına dair qüvvədə olan müqavilələr dayandırılacaq.
Moskva birjasının valyuta hərraclarında ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 11:00-da 3,45 faiz ucuzlaşaraq 80,33 rubl təşkil edib. Sonuncu dəfə dolların məzənnəsi 81 rubldan aşağı 23 fevralda olub.
Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0