CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanlar bir ünvanı tapmaq üçün saatlarla küçə axtarırlar

© Sputnik / Ilham MustafayevTovuzda küçələrdə adsız lövhələr
Tovuzda küçələrdə adsız lövhələr - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Abunə olmaq
Tovuzda şəhərin küçələrində də bu cür adsız lövhələrə, yaxud oxunması çətin olan adlara hər an rast gəlmək mümkündür.
BAKI, 30 mart — Sputnik. İnsanlar şəhər küçələrində mənzilləri küçə adları və evlərin nömrələri ilə axtarırlar. Küçənin adlarını bildirən lövhələrdə bu adlar oxunmaz olduqda, nömrələr də olmadıqda iş müşkülə çevrilir. Tovuzun küçələrində bu cür adsız lövhələrə, yaxud oxunması çətin olan adlara hər an rast gəlmək mümkündür. Lövhələrə yazılan adlar illər keçdiyindən, bəzən də uşaqların dəcəlliyi üzündən pozulub, yaxud hansısa hərfləri düşüb və ya qoparılıb. Nəticədə sakinlər bəzən heç yaşadıqları küçənin adını bilmirlər. Sputnik Azərbaycan-ın bölgə müxbiri bu cür küçələrdə yaşayan insanların fikirləri ilə maraqlanıb.
© Sputnik / Ilham MustafayevTovuzda küçələrdə adsız lövhələr
Tovuzda küçələrdə adsız lövhələr - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Tovuzda küçələrdə adsız lövhələr
Küçə sakinləri deyirlər ki, lövhələrin oxunmaz halda olması əsasən poçt işçiləri və şəhərə gələn qonaqlar üçün çətinlik yaradır. Ünvanı axtarıb tapmaq üçün bəzən xeyli zaman sərf etməli olurlar. Şəhər sakini Tanrıverdi Məmmədov bu səbəbdən lövhələrin bərpasının gərəkli olduğunu bildirib:
“Ordan-burdan gələnlər soruşublar ki, bura haradır, hansı küçədir? Bir ünvanı tapmaq üçün saatlarla vaxt sərf edirlər. Özümüz də tanımadığımız küçəyə gedəndə eyni əziyyəti çəkirik. Yoldan keçən adama möhtac oluruq ki, ünvanı dəqiqləşdirək. Bəzən günün elə vaxtı olur heç küçədə insan da tapmaq olmur. Buna görə də hər küçədə lövhələr yapışdırılmalıdır, pozulanlar bərpa olunmalıdır”.
© Sputnik / Ilham MustafayevTovuzda küçələrdə adsız lövhələr
Tovuzda küçələrdə adsız lövhələr - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Tovuzda küçələrdə adsız lövhələr
Digər sakin Nizami Hüseynov isə deyir ki, küçə adları kağızla yapışdırıldığından, tez sıradan çıxır:
“Əvvəllər küçənin adları rəngli boya ilə yazılırdı və uzun müddət silinmirdi. İndi yapışqanlı kağızla yapışdırılır. Ona görə də tezliklə qopur, oxumaq mümkün olmur. Yaxşı olar, bu işlə məşğul olan təşkilatlar həmin lövhələri rəngli boya ilə yazsınlar ki, uzun müddət pozulmasın. Ünvanı axtaran insanlar da əziyyət çəkməsinlər”.
© Sputnik / Ilham MustafayevTovuzda küçələrdə adsız lövhələr
Tovuzda küçələrdə adsız lövhələr - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Tovuzda küçələrdə adsız lövhələr
Eldar İbrahimov da küçə adlarının nizamlanmalı olduğunu dilə gətirib:
“Taksi gələndə, ünvanı tapmır. Tanınmış bir restoranın, marketin adını deyirlər ki, ondan 3 ev bu yana gedib dönməlisən, yaxud, 5 ev o tərəfə gedib tapmalısan. Oxunmayan lövhələr təzələnsə, olmayanların yerinə isə yeniləri vurulsa, yaxşı olar".
© Sputnik / Ilham MustafayevTovuzda küçələrdə adsız lövhələr
Tovuzda küçələrdə adsız lövhələr - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Tovuzda küçələrdə adsız lövhələr
Tovuz rayon icra hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, lövhələrin adlarının yenilənməsi və bərpası üçün məsələ qaldırılıb.
"Abadlıq üçün ayrılan vəsaitin xərclənməsi üzrə tender keçirilərək, qalib müəssisələrlə müqavilə bağlanacaq və küçə adlarının hamısı yenilənəcək. Hər 50-100 metrdən bir küçə adları asılacaq", - deyə İcra hakimiyyətindən bildiriblər.
Qeyd edək ki hazırda Tovuz şəhərində 104 küçə mövcuddur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0