Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Krımı heç kimlə müzakirə etməyəcək - Peskov

© Sputnik / POOL / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Prezidentin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu isə şərh etməyib.
BAKI, 30 mart — Sputnik. Rusiya Krımı heç kimlə, o cümlədən Ukrayna ilə danışıqlarda müzakirə etməyəcək, o, Rusiya Federasiyasının bir hissəsidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Krım Rusiyanın bir hissəsidir və bizim Konstitusiyamıza görə, biz Rusiya ərazilərini, regionlarını heç kimlə müzakirə edə bilmərik, Bundan söhbət belə gedə bilməz, bizim konstitusiyamızda belə yazılıb", - Peskov Krımla bağlı Ukrayna ilə razılaşma variantlarının olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Prezidentin mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu isə şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb. "Həmkarım Medinski bu gün əlavə məlumat verəcək, onunla əlaqə saxlaya bilərsiniz", - Peskov əlavə edib.
Qeyd edək ki, ötən gün Ruisya və Ukrayna nümayəndələri arasında danışıqların növbəti raundu baş tutub. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Moskva və Kiyev nümayəndələri arasında bu gün Türkiyənin İstanbul şəhərində keçirilən danışıqları konstruktiv adlandırıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Xəbər lenti
0