Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ombudsman Fərrux kəndində insan qalıqlarının aşkarlanması barədə

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının da Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir.
BAKI, 30 mart — Sputnik. Ermənistanın xalqımıza qarşı əsrlər boyu davam etdirdiyi nifrət siyasəti nəticəsində zaman-zaman on minlərlə dinc insan etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirilib. Ermənistan işğalından azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar bu cür halları bir daha sübuta yetirir və müharibə cinayətlərinin törədildiyini təsdiq edir.
Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının da Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir.
Təəssüflə qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb. İtkin düşmüş şəxslər haqqında qarşı tərəfin bu günədək hər hansı məlumat verməməsi və azad edilmiş ərazilərdə aşkar olunan insan qalıqları onlardan bəzilərinin amansızcasına qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırıldığını deməyə əsas verir. Aşkar olunmuş kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı soyqırım siyasətini bir daha sübut edir.
Bu baxımdan beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı qəsdən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə beynəlxalq hüquq normaları əsasında yanaşma və qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq.
Xatırladaq ki, martın 29-da Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan skeletləri aşkar ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0