Нефтяные качалки, фото из архива - Sputnik Azərbaycan, 1920
NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti ucuzlaşır

© REUTERS / PASCAL ROSSIGNOLНефтная качалка
Нефтная качалка - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti 135,99 dollar olub
BAKI, 30 mart — Sputnik. Azərbaycan neftinin qiyməti aşağı düşür.
Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,4 ABŞ dolları və ya 3,75% azalaraq 112,88 dollar təşkil edib.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,95 dollar bahalaşaraq 111,18 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,96 dollar artaraq 105,20 dollar olub.
Dünyanın ən böyük neft idxalçısı Çində yeni növ koronavirusa yoluxanların artmasının narahatlıq yaratması və yeni karantin tədbirlərini gündəmə gətirməsi ilə neft qiymətləri ucuzlaşır. Koronavirus məhdudiyyətlərinin artırılması neftə olan tələbə ciddi təsir göstərə bilər.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0