Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İstanbul görüşü konstruktiv keçib: Kiyev hərbi ittifaqlara qoşulmaqdan imtinaya söz verib

© Sputnik / Генеральное консульство РФ в Стамбуле / Mediabanka keçidПереговоры России и Украины в Стамбуле
Переговоры России и Украины в Стамбуле - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Medinskinin sözlərinə görə, Ukrayna Rusiya hərbçilərinə işgəncə verən cinayətkarlara qarşı ən sərt tədbirləri görəcəyi ilə bağlı vəd verib.
BAKI, 29 mart — Sputnik. Kiyev hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə dair söz verib.
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqlar barədə məlumat verərkən belə deyib.
O qeyd edib ki, Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünün əleyhinə deyil.
***
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqlar barədə məlumat verib.
O bildirib ki, bugünkü danışıqlar konstruktiv keçib:
“Biz Ukraynadan baxılmaq üçün təkliflər aldıq. Bu təkliflərə yaxın vaxtlarda baxılacaq, prezident Vladimir Putinə məlumat veriləcək və cavabımız təqdim olunacaq”.
***
İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin bu gün başlayan danışıqları başa çatıb. Türkiyə mətbuatının yazdığına görə, görüş 3 saat davam edib.
***
İstanbulda Ruisya-Ukrayna nümayəndələri arasında keçirilən danışıqların ilkin nəticələri bəlli olub və açıqlama verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
O qeyd edib ki, Rusiya və Ukrayna danışıqları davam etdirirlər.
Medinskinin sözlərinə görə, Ukrayna Rusiya hərbçilərinə işgəncə verən cinayətkarlara qarşı ən sərt tədbirləri görəcəyi ilə bağlı vəd verib.
Diplomat qeyd edib ki, İstanbulda keçirilən Rusiya ilə Ukrayna arasında danışıqların nəticələri ilə əlaqədar bir neçə saat sonra açıqlama veriləcək.
İstanbul danışıqlarında Ukraynanı Müdafiə naziri Aleksey Reznikov, Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia, deputatı Andrey Kostin, deputat Rüstəm Umerov, Xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko, Xarici işlər nazirinin keçmiş müavini Aleksandr Çalıy təmsil edib.
Xatırladaq ki, danışıqların martın 29-30-da davam etdiriləcəyi barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski öz Telegram kanalında məlumat vermişdi.
Qeyd edəki ki, martın 10-da Antalyada keçirilən diplomatiya forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü təşkil olunmuşdu.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0