Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ərdoğan Moskva və Kiyev danışıqları barədə açıqlama verdi

© AP Photo / Francisco SecoПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Türkiyə Prezidenti bildirib ki, danışıqlar Rusiya və Ukrayna liderlərinin görüşünün keçirilməsini təşviq edə bilər.
BAKI, 29 mart — Sputnik. Ukrayna-Rusiya konfliktinin uzanması heç kim üçün sərfəli deyil. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
O bildirib ki, Moskva və Kiyev arasında keçirilən danışıqların nəticə verməsi üçün vaxt yetişib: "Müharibədə qalib yoxdur. Bu danışıqlar Rusiya və Ukrayna liderlərinin görüşünün keçirilməsini təşviq edə bilər".
Qeyd edək ki, Rusiya-Ukrayna danışıqları bu gün İstanbulda Dolmabağça sarayında keçiriləcək. Görüş mətbuat təmsilçiləri üçün qapalı olacaq. İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarından əvvəl Türkiyə tərəfi iki ölkə heyətlərinin üzvləri ilə qısa görüş keçirəcək.
İstanbulda Dolmabahçe sarayının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirilib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0