Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bir qrup azərbaycanlı Almaniyadan deportasiya edilib

© AP Photo / Michael ProbstTəyyarə
Təyyarə - Sputnik Azərbaycan, 1920, 29.03.2022
Abunə olmaq
Deportasiya olunan şəxslərin dəqiq sayı barədə məlumat verilməsə də, onların 15 nəfərə yaxın olması təxmin edilir.
BAKI, 29 mart — Sputnik. Bu gün səhər saatlarında bir qrup Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib. Sputnik Azərbaycan-ın "Report"un Avropa bürosuna istinadən məlumatına görə, sığınacaq istəyi rədd edilən və Almaniyada qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşları səhər saatlarında yaşadıqları ünvanlardan Münhen şəhər hava limanı yaxınlığındakı deportasiya mərkəzinə gətiriliblər. Daha sonra onlar polis və miqrasiya əməkdaşların müşayiəti ilə təyyarəyə mindiriliblər.
Məlumatda deyilir ki, deportasiya olunan şəxslərin əksəriyyəti 2016-2019-cu illərdə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə sığınacaq üçün müraciət edən və bu dövr ərzində dəfələrlə rədd cavabı alan şəxslərdir. Deportasiya olunan şəxslərin dəqiq sayı barədə məlumat verilməsə də, onların 15 nəfərə yaxın olması deyilir.
Məlumat üçün bildirək ki, bu, 2022-ci il başlayandan Azərbaycan vətəndaşlarının Almaniya Federativ Respublikasından ikinci kütləvi deportasiyasıdır.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, bu ilin fevral ayında da, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan 39 nəfər Almaniya Federativ Respublikasından, 3 nəfər isə Avstriya Respublikasından ölkəyə geri qəbul edilib.
Xatırladaq ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü ildə təsdiq edilib.
Yuxarıda qeyd olunan Saziş 2014-cü il fevralın 28-də Brüssel şəhərində imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0