DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna böhranı Afrika əhalisinin ac qalmasına səbəb olacaq

© AFP 2023 / SUMY SADURNIВоенные доставляют продукты жителям Кампалы в Уганде
Военные доставляют продукты жителям Кампалы в Уганде - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Çox tezliklə qitədə Rusiya və Ukraynadan gətirilən buğda və digər taxıl məhsullarının təminatında problemlər yarana bilər.
BAKI, 21 mart - Sputnik. Ukraynadakı münaqişə Afrika ölkələrinin daha böyük aclığa məruz qalmasına səbəb ola bilər.

Çox tezliklə qitədə Rusiya və Ukraynadan gətirilən buğda və digər taxıl məhsullarının təminatında problemlər yarana bilər.

“Biz buğda, buğda unu və ondan alınan məmulatlar ilə əlaqəli qıtlıq gözləyirik", - Cənubi Afrika Universitetinin əməkdaşı Dirk Kotze yerli "SABC" radiostansiyasına bildirib.
Kotzenin sözlərinə görə, bu vəziyyətin üzərinə inflyasiyanı sürətləndirən neft qiymətlərinin davamlı artımını da əlavə etmək gərəkdir (Report).
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0