CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişindaşıma ilə məşğul olan sahibkarlara möhlət verildi

© Sputnik / Irade JELILAvtovağzal, arxiv şəkli
Avtovağzal, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
CNG və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş bitmir. Daşıyıcılar qarajları da yenidən qurmalı, istehsalat bazasında yanacaq təminatı üçün uyğun infrastruktur yaratmalıdırlar.
BAKI, 21 mart — Sputnik. Baş nazir Əli Əsədov "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərar dəyişiklik edib.
Dəyişikliyə görə, sərnişindaşımada istifadə edilən avtobuslara müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilmək üçün verilən müddət uzadılıb. Qeyd olunub ki, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərin müvafiq bəndində "2022-ci" sözləri "2025-ci" sözləri ilə əvəz edilsin.
Bəs görəsən bu qərarın paytaxtda sərnişindaşımaya hansı təsiri olacaq?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qərara dəyişiklik daşıyıcılara dəstək məqsədi daşıyır:
" Müddətin uzadılması sərnişindaşıma ilə məşğul olan sahibkaralara imkan verəcək ki, onlar istehsalat bazasını CNG ilə işləyən avtobuslara xidmət üçün qura bilsinlər. Çünki, GNC və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş bitmir. Daşıyıcılar qarajları da yenidən qurmalı, istehsalat bazasında yanacaq təminatı üçün uyğun infrastruktur yaratmalıdırlar. Əgər avtobuslar sıxılmış qazla işləyirsə, onlara yanacaq istehsalat bazasında vurularaq reysə buraxılmalıdır".
M. Ağayevin sözlərinə görə, hazırda xətdə olan avtobusların 67 faizi CNG ilə işləyən avtobuslardır. Yerdə qalanı isə dizellə işləyən avtobuslar təşkil edir. M. Ağayev son aylar daşıyıcılar tərəfindən xaricdən alınıb gətirilən avtobusların çoxunun CNG ilə işlədiyini söyləyib: " "Faiqoğlu" şirkətinin son aylarda aldığı 120 ədəd, "Çinar Trans" şirkətinin isə aldığı 59 ədəd avtobus sıxılmış qazla işləyir. Digər daşıyıcılara da imkan verilib ki, istehsalat bazalarını GNC ilə işləyən avtobuslara xidmət üçün uyğunlaşdıranadək dizellə işləyən avtobuslar gətirsinlər. Bu həmçinin avtobus çatışmazlığı baxıından,köhnə avtobusların yenilənməsi baxımından əhəmiyyətlidir".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, keçmiş qərar avtobus parkının yenilənməsini əngəlləyirdi:
"Həmin qərara görə, bu ilin yanvar ayından etibarən dizel məhsulları ilə işləyən avtobusların Bakıya gətirilməsi qadağan idi. Sahibkarlar mühərriki sıxılmış qazla işləyən avtobuslar alıb gətirirlər. Bizim hesablamamıza görə, elektrik mühərrikli bir avtobusun qiymətinə bu gün 3 ədəd dizel mühərrikli, sıxılmış qazla işləyən iki avtobusun qiymətinə 3 ədəd dizel mühərrikli avtobus almaq olar. Dizellə işləyən avtobusların istifadə müddətinin artırılması ictimai nəqliyyatda sıxlığın qarşısını alacaq. Bu gün insanlar niyə avtobuslarda biri-birinin qucağında gedir. Çünki avtobus çatışmır. Belə problem ola-ola dizellə işləyən avtobuslarım gətirilməsinə məhdudiyyət qoymaq düzgün deyil. Qazla işləyən avtobusun qiyməti də bahadır. Həs sahibkarın almağa imkanı çatmır".
E. Muradlı bildirib ki, avtobus parklarının yenilənməsi vacibdir: "Əgər dizel mühərriki ilə işləyən avtobus" Avro-6" standartına cavab verirsə, bunu ölkəyə gətirilməsini niyə qadağan eləsinlər? Baş nazir Əli Əsədov doğru addım atdı. 3 il ərzində yüzlərlə avtobus gətiriləcək. Ola bilsin 3 ilin tamamında baxıb görsələr vəziyyət yaxşı deyil, yeni avtobusların gətirilməsi hələ də ləngiyib, yenə də vaxtı artırsınlar."
Nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşunas Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müddətin uzadılması barədə qərar vacib idi:
"Dizellə işləyən avtobusların xətdən kənarlaşdırılması paytaxtda sərnişindaşımada ciddi avtobus çatışmazlığı yarada bilərdi. Düzdür, dünyanın əksər ölkələrində daxili yanma mühərriki dizellə işləyən avtobusları xətlərdən yığışdırırlar. Amma külli məbləğdə vəsait tələb edir. Bu günədək dövlət vəsaiti hesabına 700 ədəd BakuBus avtobusları alınıb. Bu gün Bakıda istismarda olan 1400-dən çox avtobus dizellə işləyir. Xətdə olan 2200 avtobus Bakı və Bakıətrafının sərnişindaşıma tələblərini ödəmir.
Dünyada sərnişindaşımada keyfiyyəti artırmaq üçün metro, trolleybus, tramvaydan istifadə olunur. Bakıda isə ancaq sərnişinlər Bakı metrosu və avtobuslarla daşınır. Metro isə məhduddur, 26 stansiyadan ibarətdir ki, bu da ancaq şəhəri əhatə edir, şəhərətrafında yoxdur. Yəni, bu gün 2200 avtobus sərnişindaşımada azlıq edir. Əhalinin ictimai nəqliyyatdan daha rahat istifadəsi üçün avtobusların sayı artırılmalıdır. Belə bir şəraitdə bu sərt tələbin icrası real deyil və avtobus çatışmazlığına gətirib çıxarda bilərdi".
Xatırladaq ki, Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən, 2022-ci il yanvarın 1-dən Bakıda dizel mühərrikli avtobusların marşrut xətləri üzrə istismarı qadağan olunurdu. Bu müddət 2025-ci ilədək uzadılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda avtobuslar üçün xüsusi zolağ - Sputnik Azərbaycan, 1920, 21.10.2021
CƏMİYYƏT
Onlardan hamı cana doydu - sərnişinlər də, BNA da
Xəbər lenti
0