Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya əhalisi fəal surətdə "WhatsApp"dan "Telegram"a transfer edir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidМессенджер Telegram
Мессенджер Telegram - Sputnik Azərbaycan, 1920, 21.03.2022
Abunə olmaq
Mart ayının iki həftəsi ərzində "Telegram"ın Rusiyada messencerlərdəki trafikin ümumi həcmində payı 48%-dən 63%-ə qədər yüksəlib.
BAKI, 21 mart - Sputnik. Rusiya sakinləri aktiv şəkildə "WhatsApp" messencerindən "Telegram" a keçirlər.

Mart ayının iki həftəsi ərzində "Telegram"ın Rusiyada messencerlərdəki trafikin ümumi həcmində payı 48%-dən 63%-ə qədər yüksəlib.

Beləliklə, "Telegram" Rusiya sakinlərinin internet üzərindən yazışmaları üçün ən populyar ismarıc tətbiqinə çevrilib.

"WhatsApp" messenceri isə ölkə üzrə öz populyarlığını itirərək, trafik payı 48%-dən 32%-ə qədər azalıb.

Sözügedən məlumatlar ilə bağlı araşdırma "Megafon" tərəfindən aparılıb.
Xatırladaq ki, fevralın 24-də Ruisyanın Ukraynada başladığı xüsusi hərbi əməliyyatlardan sonra bu ölkədə Facebook, Instagram, Twitter kimi sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılıb.
Xəbər lenti
0