Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Çavuşoğlu: Rusiya və Ukraynanın mövqelərində ən kritik məsələlər üzrə yaxınlaşma var

© Sputnik / POOL / Mediabanka keçidМинистр иностранных дел Турции Мевлют Чавушоглу во время встречи с министром иностранных дел РФ Сергеем Лавровым в Москве
Министр иностранных дел Турции Мевлют Чавушоглу во время встречи с министром иностранных дел РФ Сергеем Лавровым в Москве - Sputnik Azərbaycan, 1920, 20.03.2022
Abunə olmaq
Çavuşoğlunun sözlərinə görə, Ankaranın Türkiyə, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşünü təşkil etmək istəyi var.
BAKI, 20 mart - Sputnik. Danışıqlar prosesində Rusiya və Ukraynanın bəzi əsas məsələlərdə mövqeləri yaxınlaşıb. Bəzi məsələlər prezidentlər səviyyəsində həllini tapmalıdır.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Hürriyet” qəzetinə müsahibəsində bildirib.
Çavuşoğlunun sözlərinə görə, Moskva və Kiyev arasında vacib, hətta ən kritik məsələlər üzrə yaxınlaşma var.
O, bu yaxınlaşmanın nədən ibarət olduğunu, konkret hansı məsələlərdə Rusiya və Ukraynanın mövqelərinin üst-üstə düşdüyünü açıqlamayıb.
Qeyd edib ki, Ankaranın Türkiyə, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşünü təşkil etmək istəyi var.
XİN başçısı bildirib ki, rəsmi Ankara üçün Türkiyə, yaxud başqa bir ölkədə baş tutmasından asılı olmayaraq, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşünün keçirilməsi vacibdir.
Çavuşoğlunun sözlərinə görə, əgər V. Putin və V. Zelenskinin Türkiyədə görüşünün keçirilməsi barədə qərar qəbul edilərsə, onların arzusuna uyğun olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da görüşdə iştirak edə bilər.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi dörd gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0