Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Novruz süfrəsi neçəyə başa gəlir

Abunə olmaq
Azərbaycan xalqı 2020-ci ilin Novruz bayramını qarşılamaq üçün nə qədər vəsait xərcləməli olub? Rəqəmlərlə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
Azərbaycan xalqının qədim milli bayramlarından olan Novruz öz ənənələri və süfrəsi ilə məşhurdur. Azərbaycanlıların Novruz xonçasını şəkərbura, paxlava, qoğal, şirin çörəklər, çərəzlər, meyvələr, boyanmış yumurtalar olmadan təsəvvür etmək çətindir. Novruz süfrələri isə başda milli yeməklərin şahı plov olmaqla azı yeddi növ yeməklə açılır. Ən imkansız ailələrdə belə Novruz bayramında süfrənin bol olmasına xüsusi diqqət göstərilir. Çünki insanlar Novruz sürfəsi zəngin olanın il boyu bolluq və bərəkət içində yaşayacağına inanır.
Qışın gedişini, təbiətin oyanışını və baharın gəlişini özündə ehtiva edən bu bayramı qeyd etmək üçün xeyli vəsait də tələb olunur. Çünki Novruzu yüksək səviyyədə qarşılamaq üçün tələb olunan ərzaqlar kifayət qədər bahadır. Azərbaycanda Novruz süfrəsinin neçəyə başa gəldiyini bilmək istəyirsinizsə, Sputnik Azərbaycan-ın infoqrafikasına baxın.
Xəbər lenti
0