Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Şok evtanaziya qərarı: Alen Delon niyə ölümü seçdi?

© Vianney Le Caer / Invision / APAlen Delon, arxiv şəkli
Alen Delon, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Dövrümüzün böyük aktyoru və 20-ci əsrin dünya kinosunun misilsiz seks-simvolu Alen Delon evtanaziyaya müraciət edərək könüllü ölmək istədiyini etiraf edib və ictimaiyyəti şoka salıb.
BAKI, 18 mart — Sputnik. Dünyaca məşhur fransız aktyor Alen Delonun evtanaziya istəyi İsveçrə hökuməti tərəfindən qəbul edilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun oğlu xəbəri təsdiqləyib.
Dövrümüzün böyük aktyoru və 20-ci əsrin dünya kinosunun misilsiz seks-simvolu Alen Delon evtanaziyaya müraciət edərək könüllü ölmək istədiyini etiraf edib və ictimaiyyəti şoka salıb. Bu qərarını 86 yaşlı fransız ulduz səhhətinin pis olması və "nəhayət, cılız qocaya çevrilmək" istəməməsi ilə izah edib.
Qeyd edək ki, aktyorun son illər yaşadığı İsveçrədə bu prosedura qanunla icazə verilir. Delon həyatın bu cür sona çatmasını ən məntiqli və təbii adlandırır. Alen Delon vəsiyyətini çoxdan etdiyini və bu səbəbdən övladlarının gələcəyinin onu narahat etmədiyini bildirib.
Aktyor böyük oğlu Entoniyə bu prosedur üçün bütün sənədləri doldurmağı və "onu sona qədər müşayiət etməyi" tapşırsa da, "öz səbəbləri ilə" bundan imtina edib. Daha sonra Entoni bildirib ki, "bacısı Anuşka müşayiət funksiyasını öz üzərinə götürəcək". Xatırladaq ki, Delonun qızı da İsveçrədə yaşayır.
Məlumat üçün bildirək ki, evtanaziya (yunanca "yaxşı" + "ölüm" sözündəndir) sağalmaz xəstəlikdən əziyyət çəkən və buna görə fiziki və mənəvi iztirab çəkən bir insanın həyatına son qoymaq üçün tibbi prosedurdur. Hollandiya bu prosedurun köməyi ilə həyatdan könüllü getmənin qanuniləşdirilməsi sahəsində "pioner" olub. Bu günə qədər bir sıra ölkələrdə, o cümlədən İsveçrə, Belçika, Kanada, Amerikanın bir sıra ştatlarında və başqalarında qanunvericilik səviyyəsində icazə verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0