CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosu Novruzda sərnişinləri sevindirəcək

© Photo : AZƏRTACNovruz bayramı ilə əlaqədar Bakı metrosunda şənlik
Novruz bayramı ilə əlaqədar Bakı metrosunda şənlik - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Bayram tədbirində sehrbaz və sirk ustaları, eləcə də nəhəng personajlar sərnişinlərə xoş dəqiqələr yaşadacaq. Balaca sərnişinlərə Novruz hədiyyələri də təqdim olunacaq.
BAKI, 18 mart - Sputnik. “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, bu il də bahar təravətli Novruz bayramı ilə bağlı rəngarəng tədbirləri ilə sərnişinlərə xoş ovqat bəxş edəcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, bayram tədbirləri martın 19-u və 20-si keçiriləcək. İki gün ərzində “İçərişəhər” (10:30-12:30), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında konsert proqramları təşkil olunacaq.
Qeyd edilən stansiyaların vestibüllərində peşəkar musiqiçilərdən ibarət simli kvartetin və daha sonra milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, bayram ovqatına uyğun musiqi parçaları səsləndiriləcək.
© Sputnik / Murad OrujovNovruz yarmarkası
Ярмарка по случаю Новруз байрам - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Novruz yarmarkası
Bu iki gün ərzində Novruz personajlarının iştirakı ilə teatrallaşdırılmış səhnələr də nümayiş olunacaq. Bayramın əsatir qəhrəmanları Keçəl və Kosa Bahar qızının müşayiəti ilə sərnişinlərə unudulmaz əyləncəli anlar bəxş edəcəklər.
Bayram tədbirində sehrbaz və sirk ustaları, eləcə də nəhəng personajlar sərnişinlərə xoş dəqiqələr yaşadacaq. Balaca sərnişinlərə Novruz hədiyyələri də təqdim olunacaq.
Bayram günlərinin davam etdiyi martın 19-22-də “İçərişəhər” stansiyasının birinci baş yolunda sərnişinlər muzey eksponatı kimi nümayiş etdiriləcək retro vaqonlara tamaşa edə, salonlarda xatirə şəkilləri çəkdirə biləcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya sərhədində İlaxır çərşənbə - Sputnik Azərbaycan, 1920, 16.03.2022
VİDEO
Birlik simvolu - Rusiya sərhədində İlaxır çərşənbə
Xəbər lenti
0