Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya iqtisadiyyatını nə gözləyir: Vladimir Putinin keçirdiyi müşavirənin detalları

© Sputnik / Андрей Горшков / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в церемонии поднятия флага на пароме "Маршал Рокоссовский"
Президент РФ В. Путин принял участие в церемонии поднятия флага на пароме Маршал Рокоссовский - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Qiymətlərin artımına görə Rusiyada tezliklə müavinətlər və pensiyalar daxil olmaqla, bütün sosial ödənişlərin artırılması barədə qərarın qəbul edilməsi gözlənilir.
BAKI, 17 mart - Sputnik. Rusiya iqtisadiyyatı uzunmüddətli vəzifələrin yerinə yetirilməsi üçün bütün resurslara malikdir. Bu barədə RF lideri Vladimir Putin ölkə regionlarına sosial-iqtisadi dəstək tədbirlərinə dair müşavirədə bildirib.
Rusiya Prezidenti deyib: "Bizim iqtisadiyyatımız, dövlət büdcəmiz, özəl sektor uzunmüddətli vəzifələri yerinə yetirmək üçün bütün zəruri resurslara malikdirlər".
Putin qeyd edib ki, bundan əlavə, yaranmış vəziyyətdə federal büdcə tərəfindən maliyyələşmə ilə bağlı çətinliklər olmayacaq.
"Bizim iqtisadiyyatımız bu gün kifayət qədər, yaxşı gəlir həcmini generasiya edir. Bu isə o deməkdir ki, bizə emissiyaya əl atmaq, sadə desək, Mərkəzi Bankın pul çap etməsinə ehtiyac olmayacaq. Bizim gəlirlərimiz var, bazar, sağlam gəlirlər", - RF Prezidenti deyib.
Eyni zamanda Rusiya qarşısında olan yeni çağırışlarda danışan Vladimir Putin ölkənin uzunmüddətli inkişaf gündəminin saxlanılması və genişləndiirlməsinin vacibliyini vurğulayıb. Belə ki, həm federal, həm də regional səviyyələrdə bütün nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi davam etməlidir. Bundan ötrü RF büdcə sisteminin bütün imkanlarından tam istifadə olunacaq.
Rusiya indi lazımi maliyyə resurslarına malikdir, lakin dövlət başçısının sözlərinə görə, çətinliklər komplektləşdiricilərin, texnikanın, tikinti materiallarının tədürükü və podratçıların işi ilə bağlıdır. Bu, konkret layihələrin müddətlərində və həyata keçirilmə yollarında özünü büruzə verə bilər: "Bu vəzifənin həlli rəsmi orqanların və biznesin nümayəndələrinin ahəngdar işini, idxalı əvəzetmə layihələrinin sürətli reallaşdırılmasını tələb edir".
Bu kontekstdə Rusiya hakimiyyəti qarşısında məhsulların qiymətinin qalxmasına yol verməmək durur. Regionların başçılarına müraciət edən RF Prezidenti hazırda baş verən proseslərin əsassız bahalaşmalar üçün bəhanə olmamasından ötrü diqqətli olmağa çağırıb. Federal Antiinhisar Xidməti də bu istiqamətdə fəlaiyyət göstərəcək.
Rusiya Prezidenti dərman bazarı da daxil olmaqla, stehlak bazarında məhsulların əlçatanlığını təmin etməyi tələb edib, həmçinin ixracatçıları daxili bazara əlavə məhsul axınınə təmin etməyə çağırıb.
İlk növbədə bu birinci növ tələbat mallarına, dərmanlara və tibbi ləvazimata aiddir. Həmçinin RF dövlət başçısı qiymətlərin qalxmasına səbəb ola biləcək digər sferaların logistika problemlərini operativ həll etməyi tapşırıb. "Lakin qiymətlərin tənzimlənməsinə süni müdaxilə sitisna olunmalıdır. Qiymətlərin sabitləşməsi təklifin artması hesabına olmalıdır", - Vladimir Putin bildirib.
"Ayrıca olaraq bizim ixracatçılara müraciət etmək istəyirəm.Xarici bazarlara tədarüklə bağlı çətinliklər çıxdığı vəziyyətdə istehsalı azaltmaq lazım deyil, əksinə, əlavə məhsul həcmini daxili bazara yönəltmək lazımdır. Bu obyektiv olaraq ölkə daxilində, o cümlədən, benzinin, dizelin, bitumun, metalların, digər ixrac məhsullarının qiymətlərinin azalmasına gətirməlidir", - Prezident deyib.
Əhalinin sosial müdafiəsi sanhəsiə gəldikdə, Rusiyada qiymətlərin artımına görə tezliklə müavinətlər və pensiyalar daxil olmaqla bütün sosial ödənişlərin artırılması planlaşdırılır.
"Minimal əməkhaqqını və yaşayış minimumunu artıracağıq, həmçinin büdcə sferasında maaşları qaldıracağıq", - Rusiya lideri bildirib.
Vladimir Putin hökumətə bunun üçün müvafiq hesablamaları aparmağı tapşırıb: "Və qeyd edim: hətta hazırkı mürəkkəb vəziyyətdə ilin yekunlarına görə biz yoxsulluğun və bərabərsizliyin səviyyəsini aşağı salmalıyıq. Bu hətta bu gün yerinə yetirilə bilən vəzifədir".
Eyni zamanda Rusiya hakimiyyəti işsiz qalmış vətəndaşların dəstəklənməsi tədbirlərini təhlil etməlidir. Prezident Putinin sözlərinə görə, bu cür dəstəyi o cümlədən, sosial müqavilə mexanizminin hesabına genişləndirmək lazımdır.
Vladimir Putin bildirib ki, milli biznes üçün xarici akivlərin, Rusiya şirkətləri və fərdlərinin hesablarının həbsi ilə bağlı vəziyyət dərs olmalıdır: "Öz vəsaitlərini öz ölkənə yatırmaqdan etibarlı heç nə yoxdur".
O həmçinin dəfələrlə bu barədə dedini xatırladıb.
Xarici bazarlarda dəyişikliklər mövzusuna toxunan Rusiya lideri bəyan edib ki, bu gün ABŞ dollarının etibarına əsas ehtiyat valyutası kimi, həmçinin qlobal iqtisadiyyata və təcarətə ciddi zərbə endirilib: "Rusiya Bankının valyuta ehtiyatlarının bir hissəsinin dondurulması üzrə qeyri-legitim hərəkətlər birinci dərəcəli aktivlərin etibarlılığını şübhə altına qoyur".
"Fakt üzrə həm ABŞ,həm Aİ Rusiya qarşısındakı öhdəliklərinə əsl defolt elan ediblər. İndi hər kəs bilir ki, maliyyə ehtiyatları oğurlana bilər, və bunu görərək bir çox ölkələr artıq yaxın vaxtlarda öz kağız və rəqəmsal yığımlarını xammal, torpaq, ərzaq, qızıl və digər real aktivlər formasına konvertsaiya edə bilərlər və əminəm ki, belə də olacaq, bu isə bazarlardakı defisiti yalnız gücləndirəcək", - Putin bəyan edib.
Onun sözlərinə görə, "sanksiyaların tətbiqi ABŞ və Aİ ölkələrinin hökumətlərinin, mərkəzi banklarının dayaz, məsuliyyətsiz siyasətinin məntiqi, konsentrasiya olunmuş təzahürüdür".
"Məhz onlarson illər ərzində öz əlləri ilə dünya inflyasiyasının spiralını hərəkətə gətirdilər, öz hərəkətləri ilə qlobal yoxsulluğun və qeyri-bərabərliyin artmasına, bütün dünyada qaçqın axınının çoxalmasına gətirib çıxardılr", - Rusiya lideri deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2022
RUSİYA
Putin sosial-iqtisadi sabitlik tədbirləri haqda fərman imzalayıb
Xəbər lenti
0