Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə quru sərhədlər açılır? - Rəsmi açıqlama

Sərhəd - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Dağıstanda 5 minə yaxın Azərbaycan vətəndaşı Rusiya ilə dövlət sərhədinin açılmasını gözləyir.
BAKI, 17 mart — Sputnik. Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərlərə görə, Azərbaycan martın 21-dən etibarən Rusiya ilə dövlət sərhədini vətəndaşların üzünə açacaq. Məlumatlara görə, bunu Dağıstan respublikasının hökumətindəki mənbə də təsdiqləyib.
Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu barədə açıqlama vermək onların səlahiyyətində deyil.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bu barədə hələlik hər hansı məlumatın olmadığı bildirilib.
Məlumat üçün bildirək ki, Dağıstanda 5 minə yaxın Azərbaycan vətəndaşı Rusiya ilə dövlət sərhədinin açılmasını gözləyir.
Onlardan 1200 nəfəri Kaytaq rayonundakı müvəqqəti məskunlaşma mərkəzində, 2,5 mindən çoxu Dərbənddəki mehmanxanalarda yerləşdirilib. Bəziləri isə yerli sakinlər tərəfindən sığınacaq alıb, daha 1000 nəfərə yaxın insan isə Məhərrəmkənd rayonunda sərhədlərin açılmasını gözləyir.
Xatırladaq ki, Azərbaycan və Rusiya Federasiyası arasında quru sərhədləri 31 mart 2020-ci il tarixindən etibarən bağlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya sərhədində İlaxır çərşənbə - Sputnik Azərbaycan, 1920, 16.03.2022
VİDEO
Birlik simvolu - Rusiya sərhədində İlaxır çərşənbə
Xəbər lenti
0