CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müavinət, təqaüdlər Novruz bayramına qədər ödəniləcək

© Sputnik / Elvin AhmadBankomatdan pul çıxarır
Bankomatdan pul çıxarır - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
2022-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 113,6 min nəfər olub.
BAKI, 17 mart — Sputnik. Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının vaxtından əvvəl ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə Novruz bayramı ilə əlaqədar martın 18-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları vaxtından əvvəl ödəniləcək.
Qeyd edək ki, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2022-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 113,6 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 100,2 min) nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə - 150,3 min (müvafiq olaraq 182,5 min) nəfər, ailə başçısını itirməyə görə - 54,3 min (49,2 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,8 min (52,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min (27,2 min) nəfər olub.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 216 nəfər qəyyumuna, müxtəlif kateqoriyalı şəxslərin 6,8 min ailəsinə 10,8 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,5 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 319 şəxsə isə kompensasiya verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0