Нефтяные качалки, фото из архива - Sputnik Azərbaycan, 1920
NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qaz ucuzlaşmağa başlayıb

© AP Photo / Murad Sezerqaz
qaz  - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Martın 7-də Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlmişdi.
BAKI, 17 mart — Sputnik. Avropada qazın min kubmetrinin qiyməti 1 mart tarixindən bəri ilk dəfə olaraq 1200 dollardan aşağı düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, ötən gün aprel fyuçerslərinin qiyməti 1187 dollar təşkil edib.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlmişdi.
Ötən ilin yazında qiymətlər min kubmetr üçün 250-300 dollar səviyyəsində dəyişib, avqustun sonunda 600 dollara qalxıb, oktyabrda ilk dəfə mini, dekabrda isə iki mini keçib. Sonra bir qədər geri çəkilmə baş verib, lakin qiymətlər davamlı olaraq yüksək olaraq qalıb.
Mütəxəssislər bunu Avropanın yeraltı anbarlarında qazın az olması, əsas təchizatçıların məhdud təchizatı və Asiyada mayeləşdirilmiş təbii qaza tələbatın yüksək olması ilə əlaqələndiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0