Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya və Ukrayna arasında danışıqlar prosesi çox çətin gedir

© Sputnik / БелТА / Fotobanka keçməkРоссийско-украинские переговоры в Белоруссии
Российско-украинские переговоры в Белоруссии - Sputnik Azərbaycan, 1920, 16.03.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər arasında fundamental ziddiyyətlər mövcuddur.
BAKI, 16 mart - Sputnik. Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar prosesi bu gün davam etdiriləcək.
Bu barədə ötən gün gecə saatlarında Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
"Danışıqlara sabah davam edəcəyik", - Podolyak yazıb.
"Çox çətin danışıqlar prosesi gedir. Fundamental ziddiyyətlər mövcuddur. Ancaq şübhəsiz ki, kompromis üçün yer var. Fasilə zamanı yarımqruplar üzrə işlər davam etdiriləcək", - deyə Podolyak vurğulayıb.
Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının növbəti raundu martın 14-də başlayıb.
Mixail Podolyak bu raundda atəşkəsin əldə edilməsi, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.
Martın 13-də isə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya-Ukrayna danışıqlarının bazar ertəsinə planlaşdırıldığını açıqlamışdı.
Tərəflər arasında artıq üç raund danışıqlar keçirilib, lakin tutarlı nəticələr əldə edilməyib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on doqquz gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0