DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sərdar Berdiməhəmmədov Türkmənistandakı prezident seçkilərində qalib gəldi

© Photo : Press service of the President of UzbekistanСердар Бердымухамедов
Сердар Бердымухамедов - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Ötən bazar günü, martın 13-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib.
BAKI, 15 mart — Sputnik. Sərdar Berdiməhəmmədov Türkmənistandakı prezident seçkilərində səslərin 72,97 faizini toplayaraq qalib gəlib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd edək ki, martın 13-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib.
Türkmənistan Mərkəzi Seçki Komissiyası xəbər verib ki, seçkilərdə seçici fəallığı 97,12% olub.
Dövlət başçısı postuna üç partiyadan 9 nəfərin namizədliyi qeydə alınmışdı.
Ölkə qanunlarına görə, seçicilərin iştirakı üzrə minial tələb yoxdur, bu isə o deməkdir ki, seçkilər hər bir halda baş tutmuş hesab olunur.
Sərdar Berdıməhəmmədov daha öncə bəyanat vermişdi ki, qalib gələcəyi təqdirdə ölkəsi neytral statusunu qoruyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Aşqabadda prezident seçkilərində səsvermə - Sputnik Azərbaycan, 1920, 13.03.2022
DÜNYA XƏBƏRLƏRİ
MDB müşahidəçiləri Türkmənistandakı seçkilərdə qanun pozuntusu aşkar etməyiblər
Xəbər lenti
0