Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident: Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür

© Official website of President of Azerbaijan RepublicИльхам Алиев принял участие в закладке фундамента солнечной электростанции
Ильхам Алиев принял участие в закладке фундамента солнечной электростанции - Sputnik Azərbaycan, 1920, 15.03.2022
Abunə olmaq
Ölkə başçısı deyib ki, fevral ayında "Azərenerji" tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı olub.
BAKI, 15 mart — Sputnik. 2023-cü ildə əlavə generasiya güclərı Azərbaycanın ümumi elektrik enerjisi sisteminə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir.
Sputnik Azərbaycan xəbər ki, bunu martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi zamanı Prezident İlham Əliyev deyib.
"Bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu", - ölkə başçısı bildirib.
Ölkə başçısı deyib ki, fevral ayında "Azərenerji" tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı olub və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur:
"Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük".
Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır:
"Mən buna əminəm, biz artıq bu işin təzahürlərini görürük. Onu da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 15.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan BƏƏ ilə yeni sənədlər imzalayıb
Xəbər lenti
0