https://sputnik.az/20220314/azerbaycanda-dehsetli-yol-qezasi---7-nefer-heyatini-itirib-440128862.html
Azərbaycanda dəhşətli yol qəzası - 7 nəfər həyatını itirib
Azərbaycanda dəhşətli yol qəzası - 7 nəfər həyatını itirib
Füzuli və Cəlilabad rayonlarında yol qəzası baş verib. Nəticədə 7 nəfər həyatını itirib. 5 nəfər xəsarət alıb, vəziyyətləri orta-ağırdır. 14.03.2022, Sputnik Azərbaycan
2022-03-14T14:23+0400
2022-03-14T14:23+0400
2022-03-14T14:25+0400
polis
hadisə
yol
nəqliyyat
hadisə
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439796002_0:256:2730:1792_1920x0_80_0_0_5e5c9836163286e201990b2a1cab4610.jpg
BAKI, 14 mart — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir ki, martın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində Saleh Məlikovun idarə etdiyi "VAZ-2107" və X.Rəhimovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə S.Məlikov və sərnişinləri - Elçin Kərimov, onun həyat yoldaşı Gülnarə, Şura İmanova, onun qızı Gültəkin hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəsarət alıb, vəziyyətləri orta-ağırdır.Faktla bağlı Cəlilabad Rayon Polis İdarəsində araşdırma aparılır.Daha bir yol qəzası Füzulidə qeyd alınıb. Füzuli rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi "Mercedes" və İ.Hümbətovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220313/lenkeranda-avtomobil-qezasi-olumle-neticelendi-440114271.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439796002_1:0:2730:2047_1920x0_80_0_0_b8fff4d02d522a3f855ec03067531383.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
polis, yol, nəqliyyat, hadisə
Azərbaycanda dəhşətli yol qəzası - 7 nəfər həyatını itirib
14:23 14.03.2022 (Yenilənib: 14:25 14.03.2022) Füzuli və Cəlilabad rayonlarında yol qəzası baş verib. Nəticədə 7 nəfər həyatını itirib. 5 nəfər xəsarət alıb, vəziyyətləri orta-ağırdır.
BAKI, 14 mart — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir ki, martın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində Saleh Məlikovun idarə etdiyi "VAZ-2107" və X.Rəhimovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə S.Məlikov və sərnişinləri - Elçin Kərimov, onun həyat yoldaşı Gülnarə, Şura İmanova, onun qızı Gültəkin hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəsarət alıb, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı Cəlilabad Rayon Polis İdarəsində araşdırma aparılır.
Daha bir yol qəzası Füzulidə qeyd alınıb. Füzuli rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.
Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi "Mercedes" və İ.Hümbətovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.