Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya hərbçiləri sutka ərzində Ukraynada 21 km irəliləyiblər - MN

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidРоссийские военнослужащие в колонне военной техники на шоссе возле границы с Украиной
Российские военнослужащие в колонне военной техники на шоссе возле границы с Украиной - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
Konaşenkovun sözlərinə görə, Rusiya hərbçiləri sutka ərzində 21 kilomatr irəliləyərək Novodonetskoye, Novomayorskoye və Pavlovka yaşayış məntəqələrinə çıxıblar.
BAKI, 12 mart — Sputnik. Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 3491 hərbi obyekti məhv edib.
Sputnik Azərbaycan-ın xəbərinə əsasən, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Yüksək dəqiqliyə malik silahla Vasilkovdakı aerordom və Brovarıdakı radio və radiotexniki kəşfiyyat mərkəzi sıradan çıxarılıb”.
Konaşenkovun sözlərinə görə, Rusiya hərbçiləri sutka ərzində 21 kilomatr irəliləyərək Novodonetskoye, Novomayorskoye və Pavlovka yaşayış məntəqələrinə çıxıblar.
O həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəş sistemi, 423 səhra artilleriya və minaatan, 934 xüsusi təyinatlı hərbi texnika, eləcə də 123 PUA da məhv edilib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0