Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiyaya sanksiya tətbiq etməyəcək - Ərdoğanın sözçüsü

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidTürkiyə və Rusiya bayraqları, arxiv şəkli
Türkiyə və Rusiya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
İbrahim Kalın deyib ki, hazırda biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq.
BAKI, 11 mart — Sputnik. Türkiyə hazırkı vəziyyətdə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır, etimad kanalını açıq saxlamaq istəyir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Hazırda biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq. Çünki biz etimad kanalının açıq qalmasını istəyirik. Eyni zamanda iqtisadiyyatımızın zərər görməsini istəmirik", - A Haber telekanalı Kalından sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq NATO-nun Rusiyanın hərəkətlərinə ciddi reaksiya verdiyini bildirmişdi.
O qeyd edib ki, bütün müttəfiqlərin Rusiyaya sanksiya tətbiq edəcəklərini gözləyir. Stoltenberq bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna da niyyətini çatdırdığını açıqlayıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on altı gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0