Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycan başda olmaqla səkkiz ölkəyə uçuşlara məhdudiyyətləri aradan qaldırdı

© Sputnik / Александр Кряжев / Mediabanka keçidS7 aviaşirkətinin təyyarəsi
S7 aviaşirkətinin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Uçuşlar qarşılıqlı əsasda hava hərəkətinə dair ikitərəfli hökumətlərarası sazişlərin müddəaları və aviasiya orqanları arasında ayrı-ayrı sazişlər əsasında həyata keçiriləcək.
BAKI, 11 mart — Sputnik. Rusiya Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara pandemiya ilə əlaqədar tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb. Bu barədə RİA Novosti “Rosaviatsiya”ya istinadən xəbər verir.
“2022-ci il martın 9-da Rusiya Federasiyası Hökumətinin qərarına əsasən, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana qeyri-müntəzəm və müntəzəm uçuşlara COVID-19 ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb”, - deyə məlumatda qeyd olunur.
Uçuşlar qarşılıqlı əsasda hava hərəkətinə dair ikitərəfli hökumətlərarası sazişlərin müddəaları və aviasiya orqanları arasında ayrı-ayrı sazişlər əsasında həyata keçiriləcək.
“Aviaşirkətlər müntəzəm və qeyri-müntəzəm uçuşları həyata keçirərkən Rusiya Federasiyasının baş dövlət sanitariya həkiminin 18 mart 2020-ci il tarixli 7 nömrəli “COVID-19-un yayılmasının qarşısının alınması üçün izolyasiyanın təmin edilməsi haqqında” qətnaməsinin müddəalarına əməl etməlidirlər,” – deyə “Rosaviatsiya”dan məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0