CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstan və Tacikistan Azərbaycan üzərindən Avropaya yük daşımağa qərar verib

© AFP 2023 / SAKIS MITROLIDISYük maşınları, arxiv şəkli
Yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Qazaxıstan nümayəndə heyəti Azərbaycanla beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün nəqliyyat tariflərinin unifikasiyası və gömrük prosedurlarının sinxronlaşdırılması məsələlərini müzakirə edib.
BAKI, 11 mart — Sputnik. Qazaxıstan Tacikistanla iki respublikanı birləşdirən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılmasını müzakirə edib.
Sputnik Azərbaycan-ın "APA"-ya istinadən xəbərinə görə, hər iki tərəfin fikrincə, belə bir təşəbbüs yüklərin və neftin Azərbaycan üzərindən Avropaya daşınmasına imkan verəcək.
Qazaxıstan məbuatının yaydığı məlumatda qeyd olunur ki, bu əməkdaşlıq bir sıra işlərdə müsbət töhfə verəcək. Qazaxıstan nümayəndələri bəyanatlarında qeyd ediblər ki, birgə müəssisənin yaradılması “tariflərin müəyyən edilməsi və malların bəyan edilməsi, vahid İT həllərin tətbiqi və bu marşrut üzrə tranzit yüklərin birləşdirilməsi yolu ilə məsələləri həll etməyə” imkan verəcək.
Görüşdə Qazaxıstan nümayəndə heyəti Azərbaycanla beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün nəqliyyat tariflərinin unifikasiyası və gömrük prosedurlarının sinxronlaşdırılması məsələlərini müzakirə edib.
Qeyd edək ki, iki ölkə nümayəndələrinin görüşü Bakıda keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0