Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yeniyetmə qız itkin düşüb

© Pexels TobiQız, arxiv şəkli
Qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Selin İbrahimova ötən gün saat 14 radələrində evdən çıxıb və geri qayıtmayıb.
BAKI, 11 mart — Sputnik. Bakıda 13 yaşlı qız itkin düşüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, APA-nın xəbərinə görə, Binəqədi rayonu Gülüstan qəsəbəsində yaşayan Aytən Rəsulova Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla yaşayan 2009-cu il təvəllüdlü qızı Selin İbrahimova ötən gün saat 14 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin "102 – Xidməti"nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat yayılmışdı.
Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.
Həmin cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0