CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükəsizlik kəməri taxmadığı üçün saxlanıldı, nəşəli olduğu üzə çıxdı

© Sputnik / Vitaly TimkivLada 2107 avtomobili, arxiv şəkli
Lada 2107 avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Kürdəmirdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib.
BAKI, 10 mart - Sputnik. Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib. Bu zaman sürücü H.Süleymanovun hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Kürdəmir rayon məhkəməsinin qərarı ilə H.Süleymanov 5 sutka inzibati qaydada həbs edilib.
Xəbər lenti
0