Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə vəziyyət Azərbaycan Ordusunun nəzarətindədir

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Azərbaycanın Müdafiə Nazirliyi sülhməramlıların yerləşdiyi ərazilərdə gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərləri təkzib etdi.
BAKI, 10 mart - Sputnik. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.
Bu barədə məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.
"Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir", - nazirlikdən əlavə ediblər.
Qeyd edək ki, sosial şəbəkələrdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdiyi barədə məlumatlar yayılıb.
***
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin məlumatına görə, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
"Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir", - MN-in martın 9-da yaydığı məlumatda deyilir.
***
Martın 6-da Azərbaycan ordusunun mövqeləri yenidən düşmən tərəfindən atəşə məruz qalıb. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub.
Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0