Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanılıb

© AR Ministry of DefenceMüdafiə Nazirliyinin binası, arxiv şəkli
Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
BAKI, 10 mart — Sputnik. Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.
O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.
Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0