Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Mədəniyyət nazirliyinin "Şuşa ili"nə töhfəsi - VİDEO

Abunə olmaq
Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamda əksini tapıb.
BAKI, 10 mart - Sputnik. Prezident İlham Əliyev yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında sərəncam imzalayıb. Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamda əksini tapıb.
Bəs görəsən "Şuşa ili" çərçivəsində hansı addımlar atılacaq?
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşı Leyla Sarabi Mədəniyyət nazirliyinin bu il keçirəcəyi tədbirlər planı haqqında Sputnik Azərbaycan-a məlumat verib:
"Hər bir xalqı mədəniyyəti ilə qarşılayırlar. Bizim də mədəniyyətimizin beşiyi Şuşadır. "Şuşa ili" ilə bağlı Tədbirlər Planı hazırlanır. "Səhnədən səngərə" layihəsini həyata keçirdik. Mədəniyyət Nazirliyinin strukturunda çalışan 8 nəfər şəhid qardaşlarımızın ailələrinə baş çəkdik. 11 nəfər qazimiz var. Onlar haqqında video-çarx hazırlayırıq. O qazilər ki, onlar heç Şuşanı görməmişdilər. Əksəriyyəti Şuşa işğal onunanda heç doğulmamışdı. Onlar deyirdilər ki, biz Şuşaya daxil olanda hamımız sevincdən ağlayırdıq".
L.Sarabi bildirir ki, Mədəniyyət Nazirliyi də çox böyük qürurla bu ilə hazırlaşır. Artıq tədbirlər planı təsdiqlənib. Burada da Mədəniyyət nazirliyinin gerçəkləşdirəcəyi çox mühim tədbirlər var: ""Şuşanın 4 fəsli" adlı Beynəlxalq Fotoqraflar Sərgisi olacaq. Bu, fotoqraflarımız üçün də əlamətdar hadisə olacaq. Bundan başqa, Şuşada yaradıcılıq emalatxanası keçiriləcək. İyul ayında "Vaqif Poeziya Günləri"nin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulacaq. Avqust ayında baş tutacaq layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyi ilə həyata keçiriləcək. Bununla bağlı silsilə layihələrimiz də olacaq".
Nazriliyin əməkdaşı bildirir ki, bundan əlavə, mədəniyyət nazirliyinin özünün də layihələri olacaq:
"Bizim sosial şəbəkə üzərində "Şuşa mədəniyyətinin inciləri" adlı bir layihəmiz var. Layihə mütəmadi olaraq nazirliyin sosial şəbəkə hesablarında paylaşılır. Şuşanın memarlığı, incəsənəti, şəxsiyyətləri və s. maarifləndirici paylaşımlar edirik. Bundan əlavə, "Danışır Şuşa" adlı radio layihə hazırlanır. Həmin layihədə Şuşada yaşamış yerli camaatın, orada araşdırmalar aparan insanların, eləcə də Şuşada vuruşan hərbiçilərin Şuşa haqqında xatirləri yer alacaq".
Kino sahəsi də unudulmayacaq
Müsahibimiz bildirir ki, kino sahəsi ilə bağlı da işlər aparılıb. Belə ki, hazırda post-prodakşn mərhələsində olan “Doğma torpaq” adlı tammetrajlı bədii filmin bir hissəsi Şuşada çəkilib:
"2022-ci ildə Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq. Hazırda ssenari üzərində iş gedir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub. Bu filmin də əsas hissələrinin Şuşada çəkilməsi nəzərdə tutulur. Şuşa mövzusunda sənədli film çəkiləcək. Yay Kino Məktəbi çərçivəsində Şuşada təlimlərin keçirilməsi də planlaşdırılır. Bundan başqa, xəbər verdiyimiz kimi, 2023-cü ildə Şuşada Beynəlxalq Kino Festivalının keçirilməsi nəzərdə tutulur. Bu il festivalın hazırlıq işləri görüləcək".
“Shusha talks” layihəsindən danışan Sarabi bildirir ki, həmin layihə də Şuşanın dirçəldilməsinə xidmət edəcək. Onun sözlərinə görə, il ərzində Şuşada Azərbaycan mədəniyyətinin incisi olan muğamın, xalçaçılıq ənənələrinin dirçəldilməsi üçün işlər görüləcək. Bundan başqa, yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək, konsert, festival və media-turlar təşkil ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
“Hər yerdə teatr” adlı layihə - Sputnik Azərbaycan, 1920, 10.03.2022
MƏDƏNİYYƏT
Bu gün “Hər yerdə teatr” idi - VİDEO
Xəbər lenti
0