Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Antalyada sülh axtarışı: Lavrov və Kulebanın görüşü keçirilir

© REUTERS / DADO RUVICRusiya Ukrayna bayrağı
Rusiya Ukrayna bayrağı - Sputnik Azərbaycan, 1920, 10.03.2022
Abunə olmaq
Bu, Rusiya və Ukraynanın xarici işlər nazirləri arasında Ukraynanın demilitarizasiyası üzrə Rusiya xüsusi əməliyyatının başlamasından bəri ilk görüş olacaq.
BAKI, 10 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşür. Bu barədə RİA Novosti xəbər verir.
Nazirlərin danışıqları Antalyada keçirilən diplomatik forum çərçivəsində keçirilir və orada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.
***
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri arasında Antalyada keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti üçün ayrıca otaq ayrılıb, o, mətbuat mərkəzindən bir neçə metr aralıda yerləşir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 12:00-da başlaya bilər. Görüşlə bağlı Türkiyə tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu, Rusiya və Ukraynanın xarici işlər nazirləri arasında Ukraynanın demilitarizasiyası üzrə Rusiya xüsusi əməliyyatının başlamasından bəri ilk görüş olacaq.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Lavrovun da qatılacağı üçtərəfli görüşdən əvvəl Ukrayna XİN rəhbəri Dmitriy Kuleba ilə danışıqlar aparıb.
Üçtərəfli görüş Antalyada keçiriləcək diplomatik forum çərçivəsində keçiriləcək.
Ukraynan xarici işlər naziri Dmitri Kulebanın görüşün ardınca mətbuat konfransı keçirəcəyi gözlənilir.
Xatırladaq ki, Rusiya və Ukrayna xarici işlər nazirləri arasında görüş Rusiyanın keçirdiyi xüsusi əməliyyat fonunda münaqişədən çıxış yolu tapmaq üçün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusda keçirilən üç raund danışıqlardan sonra baş tutur.
İndiyədək Rusiya və Ukrayna bir sıra şəhərlərdən mülki əhali üçün humanitar dəhlizlərin təşkili, sükut rejiminin elan edilməsi, ərzaq və dərmanların çatdırılması ilə bağlı razılığa gələ biliblər. Lavrov və Kulebanın görüşündən əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin sülhə nail olmaq üçün danışıqların yeni raundlarına hazırlaşacaqlarını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Участники акций в поддержку евроинтеграции Украины на улице Грушевского в Киеве - Sputnik Azərbaycan, 1920, 02.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
"Müstəqil" Ukraynanın 30 ilinin nəticələri
Xəbər lenti
0